PAY Group satış təmsilçisi axtarılır

Satıcı


Vəzifənin adı: Satış təmsilçisi (Showroom)
2011-ci ildən etibarən PAY Group MMC-nin  tərkibində fəaliyyət göstərən, lüks seqmentə xitab edərək bir sıra tikinti və hər növ interyer dizayn məhsullarının, xüsusilə hər növ qapıların pərakəndə satışını həyata keçirən Fortex sərgi salonuna satış təmsilçisi axtarırıq.
      
Vəzifə üzrə əsas öhdəliklər:
     
-Məhsulların tanıtma işlərini təşkil etmək.
-Müştərilərlə rahat ünsiyyətin qurulması, mal və xidmətlər haqqında dolğun, ətraflı məlumatların -verilməsi, suallarının əsaslandırılmış formada cavablandırılması, məhsulun keyfiyyəti, tərkibi və digər fərqləndirici xüsusiyyətləri barədə məlumat vermək.
-Müştəri ehtiyaclarını müəyyən etmək və müvafiq həlləri tövsiyə etmək.
-Məhsulları peşəkar və bilikli şəkildə müştərilərə təqdim etmək və izah etmək.
-Müsbət və peşəkar davranışla müştərilərə xidmət etmək.
-Səbr və anlayış göstərərək mövcud problemləri həll etmək.
-Müsbət biznes və müştəri əlaqələri qurmaq, inkişaf etdirmək və qoruyub saxlamaq.
-Məmnuniyyəti artırmaq üçün müştəri problemlərinin və şikayətlərinin həllini sürətlə icra etmək.
-Müəyyən edilmiş şirkət strategiyasına uyğun bir şəkildə çalışmaq.
 
Vəzifə üzrə əsas tələblər:
-Biznes, marketinq, iqtisadiyyat və ya əlaqəli sahədə Ali təhsil.
-Sərgi salonunda (Showroom) satış sahəsində təcrübə.
-Satış prosesini və dinamikasını başa düşmək.
-Effektiv dinləmə, yazılı və şifahi ünsiyyət bacarıqları.
-Mükəmməl şəxsiyyətlərarası bacarıqlar, o cümlədən həm müştərilər, həm də təchizatçılarla tez bir zamanda əlaqə qurmaq bacarığı.
-Word, Excel və Outlook daxil olmaqla Microsoft proqramlarından sərbəst istifadə bacarığı.
-Azərbaycan və Rus dilində sərbəst danışıq və yazı qabiliyyəti.
-Vakansiyaya həm bəy həm də xanım namizədlər müraciət edə bilər.
 
İş şəraiti:
-İş qrafiki: Həftənin 6 günü, 10:00-dan 19:00-dək.
-İstirahət günü: Bazar.
-Nahar şirkət tərəfindən təmin olunur.
-AR Əmək Məcəlləsinə əsasən sənədləşmə.
-Əmək haqqı namizədin bilik və bacarıqlarına, şəxsi işgüzarlıq və peşəkarlıq səviyyəsinə əsasən müəyyən ediləcək.
Vakansiyanın adını Mövzu yerində qeyd etməklə, CV-nizi [email protected] ünvanına göndərə bilərsiniz.
QEYD: Tələblərə uyğun olmayan və mail-da “Mövzu” qismində müraciət edilən vakansiyanın adı qeyd olunmayan “CV” – lərə baxılmayacaq.

Avand sosial şəbəkələrdə


©️ 2023

İş elanının dərci üçün müraciət edin

[email protected]