“PAŞA Sığorta”işçilər axtarır

Köməkçi/Assistent


1.Vakansiya- IT Risklərin İdarəolunması üzrə mütəxəssis/aparıcı mütəxəssis

-Şəhər- Bakı

-Elanın bitmə tarixi -2022-09-16

“PAŞA Sığorta” ASC namizədləri Risklərin İdarəolunması Departamentində IT  Risklərin İdarəolunması üzrə mütəxəssis/aparıcı mütəxəssis vəzifəsinə müraciət etməklə peşəkar komandanın üzvü olmağa dəvət edir.

Vəzifə və Öhdəliklər:

-IT risklər üzrə risklərin idarəedilməsi strategiyası və siyasətinə riayət edilməsinin monitorinqini aparmaq;

-Risklərin idarəedilməsi ilə bağlı metodologiyaların hazırlanmasında iştirak etmək;

-Mütəmadi olaraq IT risklərin qiymətləndirilməsində iştirak etmək və nəticəsində risk xəritəsini hazırlamaq;

-IT risklər üzrə risk limitlərinə riayət olunmasına daimi nəzarəti həyata keçirmək və pozuntular barədə dərhal məlumat vermək;

-IT risklərin qiymətləndirilməsini və təhlilini həyata keçirmək.

-Risk iştahının hazırlanmasında iştirak etmək;

-IT risklərin qiymətləndirilməsi və idarə edilməsi məqsədi ilə Cəmiyyətin digər departamentlərindən, elektron informasiya sistemlərindən, eləcə də xarici mənbələrdən alınmış məlumatları təhlil etmək;

-IT risklər ilə bağlı şirkətin digər departamentlərinə məsləhətlər vermək və metodoloji yardım göstərmək;

-İnsidentlərin idarəolunması sistemi çərçivəsində bildirilmiş IT insidentləri təhlil etmək, risklərin aradan qaldırılması üçün təkliflər vermək;

-Şirkətin aidiyyəti struktur bölmələri ilə birgə fövqəladə hallar planının hazırlanmasında iştirak etmək;

-IT risklərinin idarə olunması üzrə daxili qaydalar, proseslər və digər normativ sənədlərin hazırlanmasına və onların yerinə yetirilməsinə nəzarət;

-Dəyişikliyin idarə olunması (change management) prosesində iştirak;

-Cəmiyyət tərəfindən yaradılan və istifadə edilən İT sistemlərin yoxlanılması və qiymətləndirilməsinin təşkili;

-Birbaşa rəhbər tərəfindən verilən digər tapşırıqlar.

BİLİKLƏR

-Kompüter elmləri, İqtisadiyyat, Maliyyə, Riyaziyyat və ya digər müvafiq sahələr üzrə təhsil;

-Kompüter bilikləri: Peşəkar səviyyədə MS Office proqramlarından istifadə bacarığı;

-Dil bilikləri: Azərbaycan və İngilis dillərində yüksək səviyyədə biliklərin olması. Rus dili bilikləri arzuolunandır.

TƏCRÜBƏ

-Risklərin idarə edilməsi, İT risklərinin idarə edilməsi, İT audit və ya digər müvafiq sahə üzrə ən azı 2 il iş təcrübəsi tələb olunur.

BACARIQLAR

-Təqdimat bacarıqları;

-Komandada işləmək bacarığı;

-Yaxşı ünsiyyət bacarığı;

-Məntiqi və analitik düşüncə;

-Risklərin müəyyən edilməsi və qarşısının alınması tədbirləri;

-Stresə davamlılıq;

-Təşəbbüskarlıq;

-Məqsədyönlülük;

-Emosional stabillik və məsuliyyətli olmaq.

Zəhmət olmasa, müraciət etdiyiniz vəzifənin adını “mövzu” bölməsində qeyd etməklə CV-nizi [email protected]  ünvanına göndərin.

2.Vakansiya – Kredit, bazar və likvidlik risklərinin idarə olunması şöbəsinin kiçik mütəxəssisi / mütəxəssisi

-Şəhər- Bakı

-Elanın bitmə tarixi – 2022-09-16

“PAŞA Sığorta” ASC namizədləri Risklərin İdarəolunması Departamentində Kredit, bazar və likvidlik risklərinin idarə olunması şöbəsinin kiçik mütəxəssisi / mütəxəssisi vəzifəsinə müraciət etməklə peşəkar komandanın üzvü olmağa dəvət edir.

Vəzifə və Öhdəliklər:

-Risklərin idarə edilməsi strategiyası və siyasətinə riayət edilməsinin monitorinqini aparmaq;

-Maliyyə risklərinin idarə edilməsi ilə bağlı metodologiyaların hazırlanması və yenilənməsində iştirak etmək;

-Mütəmadi olaraq risklərin qiymətləndirilməsində iştirak etmək və nəticəsində risk xəritəsini hazırlamaq;

-Risklərin müəyyənləşdirilməsi və qiymətləndirilməsi üzrə metodların və modellərin seçilməsində iştirak etmək və tətbiqi üzrə işləri həyata keçirmək;

-Stress-test modellərinin hazırlanmasında, tətbiq edilməsində və nəticələri ilə bağlı təkliflərin verilməsində iştirak etmək;

-Risk iştahının hazırlanmasında iştirak etmək;

-Risk limitlərinin hesablanmasına dair təkliflərin verilməsi və risk limitlərinə riayət olunmasına nəzarətin həyata keçirilməsi;

-Risklərin qiymətləndirilməsi və idarə edilməsi məqsədi ilə digər departamentlərdən, elektron informasiya sistemlərindən, eləcə də xarici mənbələrdən alınmış məlumatları təhlil etmək;

-Risk məsələləri ilə bağlı şirkətin digər departamentlərinə məsləhətlər vermək və metodoloji yardım göstərmək;

-Riyazi və statistik metodlardan istifadə etməklə maliyyə risklərinin qiymətləndirilməsi;

-Birbaşa rəhbər tərəfindən verilən digər tapşırıqlar.

BİLİKLƏR

-Maliyyə, Riyaziyyat, İqtisadiyyat və ya MBA təhsili;

-Kompyuter bilikləri: Peşəkar səviyyədə MS Office proqramlarından istifadə bacarığı; SQL, Python və ya R proqramlarından istifadə bacarığı arzuolunandır);

-Dil bilikləri: Azərbaycan və İngilis dilləri üzrə yüksək səviyyədə biliklərin olması, Rus dili biliyi arzuolunandır.
TƏCRÜBƏ

-Risklərin idarə olunması, maliyyə və ya audit üzrə minimum 1 il təcrübə (Bank sahəsi, Big4 şirkətləri və ya sığorta şirkətlərinin birində təcrübəsi olan namizədlərə üstünlük verilir);
BACARIQLAR

-Təqdimat bacarıqları;

-Komandada işləmək bacarığı;

-Yaxşı ünsiyyət bacarığı;

-Məntiqi və analitik düşüncə;

-Risklərin müəyyən edilməsi və qarşısının alınması tədbirləri;

-Stressə davamlılıq;

-Təşəbbüskarlıq;

-Məqsədyönlülük;

-Emosional stabillik və məsuliyyətli olmaq;

-Böyük məlumat bazaları ilə işləmək bacarığı;

-Modelləşdirmə.

Zəhmət olmasa müraciət etdiyiniz vəzifənin adını “mövzu” bölməsində qeyd etməklə CV-nizi [email protected] ünvanına göndərin.

3.Vakansiya- Qəza komissarı – assistant (Bakı)

-Şəhər- Bakı

-Elanın bitmə tarixi – 2022-10-02

“PAŞA Sığorta” ASC namizədləri Sığorta İddiaları və Hüquqi Təminat Deparmentində Qəza komissarı – assistant vəzifəsinə müraciət etməklə peşəkar komandanın üzvü olmağa dəvət edir.

Vəzifə öhdəlikləri:

-Müvafiq sığorta növləri üzrə sığorta hadisəsinin qeydiyyata alınması, ilkin sənədlərin hazırlanması və ümumi işin təkmilləşdirilməsi;

-Sığorta hadisələri üzrə iddiaların tam və düzgün tənzimlənməsi prosesinin təmin edilməsi;             

-Region üzrə qəza komissarı qeydiyyata aldığı hadisəni 2 iş günü ərizndə digər şöbəyə yönləndirir;        

-Müştərinin müraciəti əsasında elektron bazada hadisə üzrə məlumatın daxil edilməsi;                             

-Səlahiyyətli dövlət orqanlarına və digər qurumlara baş vermiş hadisə üzrə sənədlərin toplanılması üçün sorğu yollamaq;                                                                                                     

-Dələduzluqların araşdırılması zamanı – tərəflərin yazılı və ya video görüntülü izahatlarının alınması, bu barədə məlumatı ən qısa zamanda Dələduzluqların aşkarlanması şöbəsinə yönləndirmək;                          

-Baş vermiş hadisə yerinə çıxışın həyata keçirilməsi, müvafiq aktların tərtib edilməsi, hadisə yerinin, iştirakçıların sənədlərinin, sığorta predmetinin və hadisə yerinin foto və ya video çəkilişlərinin aparılması;  

-Lazım gəldikdə hadisə yerindən avtonəqliyyat vasitələrinin evakuasiyasının təmin edilməsi;

-Hadisə yerində sığorta dələduzluğu faktı və ya kənar izlərin aşkarlaması halında ilkin aktda müvafiq qeydlərin aparılması;                                                                                                  

-Hadisə yerinə səlahiyyətli dövlət orqanlarının və digər qurumların əməkdaşlarının gəlməsinin təşkil edilməsi;                                                                                                     

-Nəqliyyat vasitələrinin sığorta hadisələrində sürücünün alkoqoldan, narkotik vasitələrdən, psixotrop maddələrdən və ya güclü təsir edən digər maddələrdən istifadə olunması şübhəsi olduğu təqdirdə hadisə iştirakçılarını səlahiyyətli orqanının nümayəndələri ilə birlikdə tibb məntəqəsinə qədər müşayiət edilməsi;  

-Öhdəliklərinin icrası zamanı aşkarlanmış lazımı məlumatların, hadisəyə dair əldə olunmuş foto və video çəkilişlərin, sənədlərin elektron bazasında və ya server-də yerləşdirmək;     

-Region üzrə qəza komissarı zərərə məruz qalmış əmlakın qiymətləndirilməsinə dəstək göstərmək;

-Birbaşa rəhbərin digər tapşırıqlarının yerinə yetirilməsi.                                                                          

Namizədə tələblər:

-Ali təhsil: İqtisadiyyat və sığorta sahəsində təhsilə üstünlük verilir;

-Müvafiq vəzifədə 1 il təcrübə: (sığorta sahəsində iş təcrübəsinə üstünlük verilir);

-Azərbaycan dilini sərbəst bilmək (Rus və İngilis dili biliyi üstünlükdür);

-Microsoft Office bilikləri.

Biliklər:

-Yol Hərəkəti Qaydaları;                 

-Avtomobil mexanizmi haqqında texniki bilik;                      

-Müştərilərlə iş üsulları.          

Bacarıqlar:

-Ünsiyyətçilik;

-Problemlərin həlli;

-Yaranan şəraitdə tez reaksiya göstərmək bacarığı;

-Komanda ilə işləmək bacarığı;

-Məsuliyyətlilik;

-Stressə davamlılıq.

Zəhmət olmasa, müraciət etdiyiniz vəzifənin adını “mövzu” bölməsində qeyd etməklə CV nizi [email protected] ünvanına göndərin.

4.Vakansiya- Tibbi və səyahət sığortası üzrə növbətçi assistent

-Şəhər- Bakı

-Elanın bitmə tarixi – 2022-09-19

“PAŞA Sığorta” ASC namizədləri Tibbi və Səyahət Sığortası Departamentində Tibbi və səyahət sığortası üzrə növbətçi assistent vəzifəsinə müraciət etməklə peşəkar komandanın üzvü olmağa dəvət edir.

VƏZİFƏ VƏ ÖHDƏLİKLƏR

-İş vaxtı ərzində sığorta olunmuş şəxslərə sığorta proqramına dair məsləhət xidmətinin göstərilməsi, sığorta olunanların hüquq və vəzifələrinin izahı;

-İş vaxtı ərzində sığorta hadisələri ilə bağlı müraciətlərin müvafiq tibb müəssisələrinə yönləndirilməsi;

-Ehtiyac olduqda sığorta olunan şəxslərə tibbi yardım göstərilməsi və ya hospitalizasiya məqsədilə tibb müəssisəsinin seçimində köməklik, sığorta olunanların hospitalizasiyasının təşkili;

-Sığorta olunan şəxslərin maraqlarının müdafiəsi məqsədilə tibb müəssisələrinin sığorta şöbələrinin nümayəndələri və müalicə həkimləri ilə bilavasitə danışıqların aparılması;

-Tibbi sığorta üzrə baş vermiş sığorta hadisələrinin ilkin tənzimlənməsi üzrə işlərin aparılması, sığorta olunanların müraciət faktları ilə bağlı tibb müəssisələrindən daxil olan məlumatların ProTech Sisteminə daxil edilməsi;

-Birbaşa rəhbərin digər tapşırıqlarının yerinə yetirilməsi.

BİLİKLƏR

-Tibb üzrə ali təhsil;

-Komyuter bilikləri: Microsoft Office proqram təminatı paketi üzrə əsas biliklər;

-Dil bilikləri: Azərbaycan və rus dillərini sərbəst bilmək, ingilis dilində baza danışıq bacarığı arzu olunandır.

TƏCRÜBƏ

-Tibbi sığorta sahəsində və ya müvafiq səhiyyə sahəsində ən azı 1 il iş təcrübəsi arzuolunandır.

BACARIQLAR

-Ünsiyyət qurmaq bacarığı;

-Qeyri standart vəziyyətə  cəld reaksiya vermək.

Zəhmət olmasa müraciət etdiyiniz vəzifənin adını “mövzu” bölməsində qeyd etməklə CV-nizi [email protected] ünvanına göndərin.

5.Vakansiya – Müştəri məmnuniyyəti üzrə kiçik mütəxəssis/mütəxəssis

-Şəhər – Bakı

-Elanın bitmə tarix – 2022-09-18

“PAŞA Sığorta” ASC namizədləri Müştəri məmnuniyyəti üzrə kiçik mütəxəssis/mütəxəssis vəzifəsinə müraciət etməklə peşəkar komandanın üzvü olmağa dəvət edir.

Vəzifə və Öhdəliklər:

-Müştərilərdən daxil olan şifahi və yazılı müraciətlərin araşdırılması və müştərilərə geri dönüşlərin edilməsi

-Müştərilərdən daxil olan məktublara cavabların yazılması

-Müştəri məmnunluğunu artırmaq üçün proseslərin təkmilləşdirilməsi məqsədilə daima yeniliklərin təklif və tətbiq edilməsi

-Müştəri müraciətləri üzrə hesabatların hazırlanması.

BİLİKLƏR

-Ali təhsil

-Dil bilikləri: Azərbaycan və Rus dillərində səlis danışıq, Azərbaycan dilində mükəmməl yazı bacarıqları və İngilis dili yaxşı səviyyədə

-MS Office, Outlook, Excel proqramlarında işləmək bacarığı

TƏCRÜBƏ

-Müştərilərlə iş sahəsində (telefon vasitəsilə və ya üzbəüz) minimum 3 il iş təcrübəsi

-Complaint management sahəsində minimum 1 il iş təcrübəsi

-Banklar, maliyyə sturkturları, sığorta sahələrində iş təcrübəsinin olması üstünlükdür.

BACARIQLAR

-Səlis nitq, fikri aydın izah etmə bacarığı

-Peşəkar səviyyədə yazılı və şifahi ünsiyyət bacarığı

-Analitik düşüncə qabiliyyəti

-Stressə davamlılıq

-Komandada işləmək bacarığı

-Problem həll etmək bacarığı

-Nəticə yönümlülük

-Keyfiyyət yaratmaq bacarığı

Zəhmət olmasa müraciət etdiyiniz vəzifənin adını “mövzu” bölməsində qeyd etməklə CV-nizi [email protected] ünvanına göndərin.

6.Vakansiya – Assistans mərkəzinin rəhbəri

-Şəhər- Bakı

-Elanın bitmə tarixi  2022-09-15

“PAŞA Sığorta” ASC namizədləri Sığorta İddiaları Departamentində Assistans mərkəzinin rəhbəri vəzifəsinə müraciət etməklə peşəkar komandanın üzvü olmağa dəvət edir.

Vəzifə və Öhdəliklər:

-Assistans Mərkəzinin gündəlik fəaliyyətinin yoxlanılması, gün ərzində zənglərə cavab verilməsi prosesinə və operatorların online və ya offline statuslarına nəzarət etmək, zənglərin canlı axışını izləmək və xətdə gözləyən zənglərin dərhal cavablandırılmasına əmin olmaq, gecə və gündüz növbələri zamanı buraxılmış zəngləri yoxlamaq və həmin zənglərə geri dönülməsini təmin etmək;

-Sığorta iddiaları prosesində mübahisə yaradan məqamlarda sığortalı və onların nümayəndələrinin qəbul edilməsi, tərəflər arasında imzalanmış müqavilə əsasında sığorta ödənişi üzrə bütün mübahisəli məqamların araşdırılaraq tənzimlənməsi;

-“Sığorta hadisələri barədə gündəlik məlumatların əldə edilməsi və prosesin tənzimlənməsi”;                     

-Dövlət və qeyri-dövlət qurumlar ilə və həmçinin təkrarsığortaçılar ilə danışıqların aparılması;                     

-Sığorta hadisəsinin tənzimlənməsi prosesinin gedişində üçüncü (müstəqil) tərəfin cəlb olunmasının təşkili və yekun rəyin əldə edilməsi;                                                        

-Departament əməkdaşlarının şöbələr arası qarşılıqlı əməkdaşlığının təşkil edilməsi və nəzarət edilməsi;    

-Şöbə əməkdaşlarının vəzifə öhdəliklərinə və əmək nizam-intizamına riayət etmələrinə nəzarət edilməsi;    

-Şöbə əməkdaşlarının işlərinin qiymətləndirilməsi prosesində iştirak;                                  

-Sığorta iddialarının tənzimlənməsi prosesinin təkmilləşdirilməsi üçün təkliflərin hazırlanması və həmçinin Departament əməkdaşlarının təkliflərinin rəhbərliyə təqdim edilməsi;                                                          

-Keyfiyyəti yaxşılaşdırmaq, səhvləri minimuma endirmək və əməliyyat performansını izləmək üçün zəngləri izləmək         ;                                                     

-Şöbənin ümumi işində nöqsanların aradan qaldırılmasına cavabdehlik;                

-Birbaşa rəhbərin digər müvafiq tapşırıqlarının yerinə yetirilməsi.                                             

BİLİKLƏR

-Ali təhsil;

-Kompyuter bilikləri: peşəkar səviyyədə MS Office proqramlarından istifadə bacarığı;

-Dil bilikləri: Yüksək səviyyədə Azərbaycan dili mütləqdir. Yaxşı səviyyədə İngilis və Rus dili bilikləri arzuolunandır;

-Mövcud qanunvericilik(lər) barədə biliklər.

TƏCRÜBƏ

-Sığorta və ya əlaqəli sahədə 4-5 il iş təcrübə mütləqdir. Əlavə olaraq, sığorta iddialarının tənzimlənməsi və ya çağrı mərkəzi təcrübəsi olması arzuolunandır.

BACARIQLAR

-Yaxşı ünsiyyət bacarığı;                             

-Problemlərin həlli;                            

-Komanda ilə işləmək;                      

-İdarəetmə və koordinasiya;                        

-Əməkdaşları daha yaradıcı işə təlqin etmək ;                  

-Məntiqi və analitik düşüncə;

-Stresə davamlılıq;

-Emosional stabillik və məsuliyyətli olmaq.

Zəhmət olmasa, müraciət etdiyiniz vəzifənin adını “mövzu” bölməsində qeyd etməklə CV-nizi [email protected]  ünvanına göndərin.

7.Vakaniya- Kiber təhlükəsizlik üzrə mütəxəssis

Şəhər- Bakı

Elanın bitmə tarixi-  2022-09-10

“PAŞA Sığorta” ASC namizədləri Kiber təhlükəsizlik üzrə mütəxəssis vəzifəsinə müraciət etməklə peşəkar komandanın üzvü olmağa dəvət edir.

VƏZİFƏ VƏ ÖHDƏLİKLƏRİ

-İnformasiya təhlükəsizliyinə aid alətlərlərin köməyi ilə (eləcədə digər imkanlar/addımlarla) şəbəkə, kompüter sistemləri, veb tədbiqləri və digər rəqəmsal infrastruktura bağlı aktivlərdə boşluqların və təhdid doğurucu vəziyyətlərin aşkarlanması üçün skanlamaların aparılması və hesabatın hazırlanması;

-Aşkarlanmış boşluqların aradan qaldırılması üçün İT və İnformasiya Təhlükəsizliyi komandaları ilə sıx işləmək;

-Veb və Mobil tədbiqlərin, o cümlədən İT İnfrastruktur üzrə penetrasiya testlərin keçirilməsi;

-Rəqəmsal infrastrukturun bir neçə sahə üzrə müdafiəsi üçün nəzərdə tutulmuş məhsulların gündəlik monitorinqinin aparılması, hesabatın çıxarılması və analizi;

-Statik və Dinamik kod analiz prosesini daimi olaraq izləmək; 

-Veb və mobil tədbiqləri üzərində kod incələnməsi apararaq boşluqları aşkarlamaq, təhlükəsiz kod yazılması üçün təkliflər vermək.

BİLİK VƏ BACARIQLAR

-Ali təhsil: İnformasiya Texnologiyaları və ya İnformasiya Təhlükəsizliyi sahəsi üzrə;

-İş təcrübəsi: İnformasiya Texnologiyaları və ya, İnformasiya Təhlükəsizliyi sahəsində ən azı 1 il iş təcrübəsi;

-Dil bilikləri: Azərbaycan dilini əla, İngilis və Rus dilini yaxşı səviyyədə bilmək;

-Təhlükəsizliyin təmin edilməsi sistemlərinin iş prinsiplərini anlamaq və ümumi şəbəkə təhlükəsizliyi haqqında məlumata sahib olmaq;

-Veb, mobil və infrastruktur üzrə “Penetrasiya testləri” sahəsində iş təcrübəsi;

-Müxtəlif proqramlaşdırma dillərində (Java, C#, Python, Javascript, React və.s) yazılmış Veb və mobil tədbiqlərin kod audit təcrübəsi;  

-OWASP mobil və veb metodologiyası ilə geniş biliklərə sahib olmaq;

-WAF, Firewall, IDS/IPS, Active Directory, SIEM ilə geniş biliklərə sahib olmaq;

-Analitik düşüncə və stressə dözümlü olmaq;

-Texniki konsepsiyada olan problemləri və fikirləri digər şəxslərə çatdırmaq bacarığı (texniki biliklərə malik və yaxud əksinə, texniki biliklərə malik olmayan şəxslərə);

-Ünsiyyətqurma və komandada işləmək bacarığı;

-Səbrli və soyuqqanlı olmaq.

Zəhmət olmasa, müraciət etdiyiniz vəzifənin adını “mövzu” bölməsində qeyd etməklə CV-nizi [email protected]  ünvanına göndərin.

Vakansiyalarla bağlı daha ətraflı məlumatı oxumaq üçün bu linkə keçid edərək birbaşa müraciət edə bilərsiniz ya da vəzifənin adını “mövzu” bölməsində qeyd etməklə CV-nizi [email protected] ünvanına göndərə bilərsiniz.

Avand sosial şəbəkələrdə


©️ 2023

İş elanının dərci üçün müraciət edin

[email protected]