Partnyorlarla iş üzrə menecer axtarılır
İşəgötürən – ITech Group
Öhdəliklər:
Yerli və xarici partnyorlarla işin təşkili
Partnyor şirkətlərlə görüşlərin keçirilməsi və danışıqların aparılması;
Tərəfdaş şirkətlərlə korporativ qaydalara uyğun yazışmalar;
Şirkətin nizamnaməsinə və tələblərinə uyğun qaydada partnyorlarla işin qurulması;
Yeni tərəfdaşların axtarışı və əməkdaşlığa cəlb edilməsi;
Partnyorlarla işin səmərəliliyinin nəzarətdə saxlanılması və vaxtaşırı hesabatların hazırlanması.
Mövcud partnyorlarla mütəmadi əlaqələrin davam etdirilməsi, lazımi dəstəyin göstərilməsi, satışın artırılması və işlərin optimallaşdırılması üzrə təkliflərin verilməsi;
Partnyorlar tərəfindən müraciətlərin qəbulu və icrası;
Namizəd üçün tələblər:
Müvafiq sahə üzrə minimum 2 il iş təcrübəsi;
İnformasiya Texnologiyaları Sahəsində təcrübə mütləqdir;
Dil bilikləri: Azərbaycan və Rus dilləri əla səviyyədə, İngilis dili yaxşı səviyyədə arzuolunandır;
MS Office (Word, Excel,Outlook) proqramları üzrə biliklər;
1C proqramı üzrə biliklər;
Fikrini dəqiq, dolğun və özünə əminliklə təqdim etmə;
Məlumatlar əsasında təhlil etmə və düzgün qərar vermə;
Cəlbetmə və satış bacarığı;
Məsuliyyətlilik, operativlik.
İş şəraiti:
Ölkənin qabaqçıl və aktiv inkişaf edən İT Şirkəti sayılan iTech Qrup şirkətinin gənc və dinamik komandasında iş təcrübəsi
Qanunvericiliyə uyğun sənədləşdirmə
Ə/h – Müsahibə zamanı namizədin bilik və bacarığına uyğun təyin olunacaqdır
İş qrafiki: I-V günər, saat 09:00-dan 18:00-a qədər;
İstirahət günü – şənbə, bazar;
Vakansiyaya müraciət üçün CV-nizi “Partnyorlarla iş üzrə menecer” mövzusu ilə [email protected] email ünvanına göndərməyiniz xahiş olunur.
Vakansiyalar
- 2 saat, 35 dəq
- 2 saat, 35 dəq
-
5 saat, 14 dəq
Chicken Road: Por qué este juego de cruce estilo arcade tiene a los jugadores enganchados
- 10 saat, 16 dəq
- 20 saat, 4 dəq