Pambıq istehsalçısı bölgə filiallarına direktor mavini axtarır

İşəgötürən -MKT İstehsalat Kommersiya MMC
Vakansiya- Direktor müavini (Bölgə filialları)
Vəzifə öhdəlikləri:
-Müəssisədə Mühasibatlıq, İnzibati, İnsan Resursları, Hüquq, Təchizat, İT, Anbar, Sətəm funkiyalarının işinin idarə edilməsi;
-Müəssisənin İllik büdcəsinin və tədbirlər planının müəyyən edilməsinin və idarəetmə sisteminin təkmilləşdirilməsinin təşkil edilməsi;
-Müəssisədə çalışan işcilər tərəfindən vəzifə öhdəliklərinin icrasına və onların hazırlıq səviyyəsinə daim nəzarət edilməsi;
-Müəssisənin davamlı fəaliyyəti üçün vacib olan xammal, material və c. üçün təchizat planının hazırlanması;
-Müəssisədə biznes proseslərin tətbiq olunmasına nəzarət edilməsi;
-Mövcüd biznes proseslərin təkmilləşdirilməsinə dair təkliflərin irəli sürülməsi;
-Rəhbərlik tərəfindən təyin edilmiş digər tapşırıqların icrası.
Tələblər:
-Yüksək səviyyədə şifahi və yazılı ünsiyyət bacarıqları
-Güclü analitik və məntiqi düşünmə bacarıqları
-Analitik, liderlik, ünsiyyət və qərar qəbuletmə bacarıqları
-Böyük təşkilatlarda problemləri çarpaz funksionallıqla idarəetmə və həll etmə bacarıqları
-AR Əmək Məcəlləsinin əsaslarını bilmək
-Daxili əmək intizam qaydalarını, əməyin mühafizəsini, təhlükəsizlik texnikası, istehsalat sanitariyası və yanğından mühafizənin norma və qaydaları
-Ezamiyyələrə hazır olmaq
-İdarəetmə sahəsində və rəhbər funksiyalarda 3-5 il ərzində iş təcrübəsi
Səriştələr:
-Məsuliyyətli
-Şəxsi inkişafa meylli
-Pozitiv
-Özünütəşkiletmə qabiliyyəti
-Nailiyyət yönümlülük
-Etibarlılıq
-Dürüstlük
Əlavə məlumat:
-Əmək haqqı razılaşma əsasında;
-İş qrafiki: Altı günlük iş həftəsi
-Yalnız tələblərə cavab verən namizədlər müsahibəyə dəvət olunacaqdır.
-Bakıdan olan namizədlərə regionda kirayə ev təminatı
Bu linkə keçid edib birbaşa müraciət edə bilərsiniz.
“MKT İK” MMC şirkəti – irqindən, etnik mənsubiyyətindən, dinindən, dilindən, cinsindən, ailə vəziyyətindən, ictimai-sosial mənşəyindən və əqidəsindən asılı olmayaraq hamı üçün bərabər imkanlar yaradan bir şirkətdir.
Əgər özünüzü bu vakansiyanın tələblərinə uyğun hesab edirsinizsə və ölkənin lider pambıq istehsalçısı olan “MKT İK” MMC-da karyeranızı davam etmək, peşəkar və mehriban komandanın bir hissəsi olmaq istəyirsinizsə aşağıdakı linkələrə daxil olaraq müraciət edə bilərsiniz.
Vakansiyalar
- 14 saat, 30 dəq
- 1 gün, 15 saat, 25 dəq
- 1 gün, 15 saat, 39 dəq
- 2 gün, 10 saat, 2 dəq
- 2 gün, 10 saat, 7 dəq