Mr.Fix məhsullarını istehsal edən şirkətə Direktor köməkçisi tələb olunur

Direktor müavini/Sədr müavini


İş elanını dərc edən: Kartaş LTD (Mr.Fix)
Vakansiya: Direktor köməkçisi
Son tarix: 06 mart 2023
Namizədə tələblər:
- Ali təhsil
- Microsoft Office proqramlarını yaxşı səviyyədə bilməli
- Dil bilikləri: İngilis və Rus dilini mükəmməl səviyyədə bilməli
- Direktor köməkçisi vəzifəsində minimum 2 il iş təcrübəsi;
Vəzifə öhdəlikləri:
- Direktorun göstəriş və tapşırıqlarına müvafiq olaraq, Şirkətin fəaliyyətinin müəyyən məsələləri üzrə
materialların baxılmasında, öyrənilməsində, yığımında və təhlilində iştirak etmək;
- Direktorun tədbirlərdə, seminarlarda və s. iştirakı zamanı onun çıxışını hazırlamaq;
- Direktora lazım olan məlumatları Şirkətin quruluş bölmələrindən, onun əmr və göstərişlərinin icraçılarından
əldə etmək, zəruri hallarda, əldə edilmiş məlumatları ümumiləşdirmək, sistemləşdirmək və təhlil etmək;
- Direktorunun keçirdiyi qəbulların, danışıqların, müşavirələrin və yığıncaqların zəruri hazırlığını (o cümlədən,
lazım olan materialların yığımı, referat və arayışların hazırlanması, iştirakçıların müşavirənin və yığıncağın
tarixi, yeri və gündəliyi haqqında məlumatlandırılması və s.) görmək;
- Direktorunun tapşırığı ilə Şirkətin quruluş bölmələrinin iclas və müşavirələrində iştirak etmək, habelə
göstərilən iclas və müşavirələrin yekunları barədə Şirkətin Baş Direktoruna yazılı və ya şifahi şəkildə məruzə
 etmək;
- Direktorun göstərişi ilə Direktor köməkçisi səlahiyyətlərinə bilavasitə aid olan digər vəzifələri yerinə yetirmək;
- Öz səlahiyyətləri çərçivəsində bütün meydana çıxan çatışmazlıqlar barədə bilavasitə Direktora məlumat
vermək;
- Müqavilənin icrasına aid olan bütün sənədlərin dövriyyəsinə nəzarət edilməsi;
İş rejimi: 6 günlük iş qrafiki (08:30-17:30)
İş yeri: Xətai prospekti 43a
Əmək haqqı: Namizədin bilik və bacarıqlarından asılı olaraq təyin olunacaq.
Maraqlananlar öz CV-sini [email protected] elektron poçt ünvanına göndərə bilərlər.

Avand sosial şəbəkələrdə


©️ 2023

İş elanının dərci üçün müraciət edin

[email protected]