Bakı Nəqliyyat Agentliyi (BNA) vakansiyalar elan edib

Direktor müavini/Sədr müavini


1.Aparıcı məsləhətçi – İnsan resurslarının idarəedilməsi şöbəsi

Təsvir
Bakı Nəqliyyat Agentliyi İnsan resurslarının idarəedilməsi şöbəsində Aparıcı məsləhətçi vəzifəsi üzrə vakansiya elan edir. Seçilmiş namizəd kadr kargüzarlığını mükəmməl bilməlidir və İnsan resursları sahəsində minimum 3 il iş təcrübəsinə malik olmalıdır.

Tələblər
Bu vəzifə üzrə aşağıdakı bacarıqlar tələb olunur:

E-gov elektron portalında sərbəst işləmə bacarığı;
İnsan resurslarına dair müxtəlif hesabatların hazırlanması və müvafiq qurumlara göndərmək;
Kadr şəxsi işlərinin aparılması;
Əmək müqavilələrinin bağlanması, əmrlərin yazılması, kadr inzibatçılığı ilə bağlı digər işlərin həyata keçirilməsi;
Təlim və inkişaf ehtiyaclarının təhlilinin aparılması, müəyyən olunmuş təlimlərin təşkilinin və nəticələrinin effektivliyinin ölçülməsi ilə bağlı işlərin müvafiq qaydada icra edilməsi.

  1. Şöbə müdirinin müavini – İnsan resurslarının idarəedilməsi şöbəsi

Təsvir
Bakı Nəqliyyat Agentliyi İnsan resurslarının idarəedilməsi şöbəsində Şöbə müdirinin müavini vəzifəsi üzrə vakansiya elan edir. Seçilmiş namizədin İnsan resursları sahəsində minimum 5 il, idarəetmə sahəsində minimum 3 il iş təcrübəsi olmalıdır.

Tələblər
Bu vəzifə üzrə aşağıdakı bacarıqlar tələb olunur:

Agentlikdə işə qəbul prosesinin həyata keçirilməsi, işə qəbul fəaliyyəti üçün hazırlıq və orientasiya mərhələlərinin düzgün təşkili;
Real işçi tələbatının təhlili, ehtiyat namizəd bazasının yaradılması;
İnsan resurslarının kəmiyyət və keyfiyyət göstəricilərinin planlaşdırılmasınım həyata keçirilməsi;
İş analizi meyarlarının, forma və anketlərinin hazırlanması, iş analizi qrupununun müəyyən edilməsi və təlimləndirilməsi, kvalifikasiya, kompetensiya tələblərinin, vəzifə təlimatları və iş bölgülərinin hazırlanmasının təmin edilməsi;
Xidməti fəaliyyətin qiymətləndirilməsi (performance appraisal) prosesinin həyata keçirilməsi;
İşçilərin karyera ehtiyaclarının müəyyən edilməsi, karyera planlamasının təşkili, müvafiq təlimatın hazırlanması, Agentlikdə karyera fürsətlərinin (imkanlarının) müəyyən edilməsi;
Təlim və inkişaf prosesinin təşkili və effektivliyinin qiymətləndirilməsi;
İnsan resurslarına dair müxtəlif hesabatların hazırlanması və təqdim edilməsinə nəzarət;

Vəzifəyə dair tələb edilən şəxsi keyfiyyətlər və bacarıqlar:

Düzgün kommunikasiyanın (vertical və horizontal) təşkili;
Problem həlletmə bacarığı;
İnkişaf yönümlü və innovativ;
Nəticəyə hədəfli;
Məsuliyyətlilik və operativlik;
Təşəbbüskarlıq.

İş üçün www.bna.az saytında Vakansiyalar bölməsindən müraciət edə bilərsiniz.

Avand sosial şəbəkələrdə


©️ 2023

İş elanının dərci üçün müraciət edin

[email protected]