Marketə mağaza direktorunun müavini tələb olunur

Direktor müavini/Sədr müavini


Bizim Market mağaza direktorunun müavini vəzifəsi üzrə vakansiya elan edir.

Əmək funksiyaları:

-Mağazanın idarəolunmasında mağaza direktoru ilə birgə iştirak edir;

-Mağaza qarşısında təyin edilmiş hədəflərə çatmaqda mağaza direktoruna dəstək verir;

-Əməkdaşların iş geyimlərinin, xarici görünüşünün qaydalara uyğun olmasına və müştərilərlə

düzgün ünsiyyət qurmasına nəzarət edir;

-Mağaza əməkdaşlarının şirkətin daxili qaydalarına və öz vəzifələrini məsuiliyyətlə yerinə

yetirməsinə nəzarət edir;

-İşçilərin gündəlik davamiyyətinə nəzarət edir və bu haqda mağaza direktoruna məlumat

verir;

-Mağazanın inkişafı, məhsulların və xidmətlərin yaxşılaşdırılması barədə təkliflər verir;

-Mağazanın rəflərində etiket, elan və qiymət bildirmə metodlarının düzgün və əksiksiz

aparılmasını təmin edir;

-Mağazada malların qəbulu və girişlərini qaydalara görə həyata keçirərək, daxili şöbələrdə və

anbarda malların qablaşdırma vəziyyətinə və son istifadə tarixinə nəzarət edir;

-Mağazada oğurluq hadisələrinin qarşısını almaq üçün müvafiq tədbirlər həyata keçirir;

-Ticarət zalında satıcıların işini idarə edir və onların işlədiyi əraziləri koordinasiya edir;

-Alıcılara təklif olunan malların çeşidinə və keyfiyyətinə nəzarət edir;

-Mağazaya alıcıların cəlb edilməsi üçün mağaza direktoruna təkliflər verir;

-Satışın və işin əsas göstəriciləri ilə bağlı günlük hesabatların tərtib olunmasında mağaza

direktoruna dəstək verir;

-Mağaza direktorunun göstərişi ilə mağazanın açılış, bağlanış və təhlükəsizlik işlərinin

düzgün aparılmasına nəzarət edir;

-Zəruriyyət yarandıqda mağaza direktorunu müvəqqəti ilə olaraq əvəz edir.

Tələblər:

-Market sahəsində minimum 1 il iş stajı;

-Azərbaycan dili sərbəst, rus dili arzu olunandır;

-Ünsiyyət qurmaq və komandada işləmək bacarığı;

-Təşkilatçılıq bacarığı;

-Liderlik xüsusiyyətləri;

-MS Office proqramlarını bilməli.

Əmək şəraiti:

-Altı günlük iş həftəsi;

-Nahar təmin edilir;

-Şirkətdaxili karyera inkişafı;

-Əmək haqqı razılaşma yolu ilə müəyyən edilir.

Vakansiya ilə maraqlanan namizədlər bu linkə keçid edərək müraciət edə bilər.

Avand sosial şəbəkələrdə


©️ 2023

İş elanının dərci üçün müraciət edin

[email protected]