Ofisiant tələb olunur

İşəgötürən – Sahil Hotel Baku
Tələblər:
Təhsil – Natamam Ali
Cinsi : Qadın
Dil bilikləri: Azərbaycan dili – doğma, İngilis dili – yaxşı, Rus dili – yaxşı;
Müvafiq sahədə ən azı 1-3 il iş təcrübəsi
Mehmanxana və ya restoran şəbəkələrində çalışmış namizədlərə üstünlük veriləcək.
Komandada işləmək bacarığı.
İşə qarşı məsuliyyətli olmaq.
Öhdəliklər:
İşçi aşağıdakı əmək funksiyasının icrasını öhdəsinə götürür:
İaşə şöbəsinin menyusunda olan qida və içkilər haqqında məlumatlı olmaq.
İaşə şöbəsini istismar üçün hazırlamaq, o cümlədən ətrafın bəzədilməsi, masaların qurulması, yüngül təmizlik işləri və digər müəyyən edilmiş tapşırıqları yerinə yetirmək.
Qonaqların yemək və içki sifarişlərini qəbul etmək.
Müştəriyə, yeməklərin və içkilərin seçilməsində peşəkar surətdə kömək edir.
İş Şərtləri:
Əmək haqqı 450 AZN
6 günlük növbə cədvəlinə uyğun iş həftəsi.
Həftədə bir gün istirahət.
İşə qəbul tam rəsmi əmək qanunvericiliyinə uyğun olaraq həyata kecirilir.
Nahar yeməyi mehmanxana tərəfindən təmin edilir.
Qeyd olunan tələblərə cavab verən namizədlər öz ərizə formalarını (CV) “Ofisiant” mövzusu altında [email protected] adresinə göndərə bilərlər.
Vakansiyalar
- 2 gün, 9 saat, 14 dəq
- 2 gün, 9 saat, 17 dəq
- 3 gün, 2 saat, 32 dəq
- 3 gün, 3 saat, 14 dəq
- 3 gün, 3 saat, 16 dəq