Rate Restaurant Lounge ofisiant axtarır

İşəgötürən: Rate Restaurant Lounge
Vakansiya: Ofisiant
Son tarix: 03 iyun 2023
Əsəs vəzifə və öhdəliklər:
-Qonaqlara yüksək səviyyədə xidmət göstərmək
-Menyu təqdim etmək və sifarişi qəbul etmək
-Menyunu yaxşı bilmək və gələn qonaqlara yeməklər barəsində dolğun məlumat vermək
-Sifarişin və hesabın düzgün qaydada qəbul edilməsini həyata keçirmək
-Masaların təmizlənməsini həyata keçirmək
-Masalarda masaüstü avadanlıqların və aksessuarların təmizliyini, sayını və düzgün qoyuluşunu təmin etmək
-Müştərilər tərəfindən müraciət olunan şikayət/etirazların səbrlə dinləmək və müsbət həllini təmin etmək
Namizədə dair əsas tələblər:
-Yaş: 20-32 yaş arası namizədlər
-Müvafiq sahədə 3-5 il iş təcrübəsi (Əsasən Milli Mətbəx və Avropa mətbəxindən bəzi qidalar )
-Azərbaycan və Rus dillərində səlis danışıq qabiliyyəti
-Etik davranış qaydalarına sahib olma
-Diqqətli, məsuliyyətli və cəld
-Komandada işləmək bacarığı
-Səliqəli və təmizkar olmaq
-Danışıq qabiliyyəti yüksək olmalı
-Müştəri ilə ünsiyyət qurmağı bacarmalı
İş şəraiti:
-İş yeri: Xırdalan şəhəri, Q.Musabəyov.1 Ünavnında yerləşən Rate Restoranı
-İş qrafiki: 6 günlük iş həftəsi, növbəli 10-12 saat
-Əmək haqqı: 350-500 azn + (Premiya)
-Nahar / Şam Restoran tərəfindən verilir
Maraqlanan şəxslərdən öz CV formalarını göndərmələri xahiş olunur.
CV-nin göndərilməsi üçün e-mail: [email protected]
Vakansiyalar
- 20 saat, 3 dəq
- 20 saat, 49 dəq
- 21 saat, 27 dəq
- 22 saat, 14 dəq
- 22 saat, 15 dəq