Sheraton Baku Intourist ofisiant axtarır

İşəgötürən: Sheraton Baku Intourist
Vakansiya: Ofisiant
Son tarix: 16 iyun 2023
Ünvan: M.Useynov 51
Son tarix: 16 İyun 2023
İşin təsviri:
-Hər zaman müştərilərə eksklüziv, səmimi, nəzakətli və peşəkar xidmətlər təqdim etmək.
-Qonaqlara qida və içkiləri müəyyən edilmiş icra standartları və İaşə şöbəsi üçün müəyyən edilmiş xidmət ardıcıllığına müvafiq olaraq təqdim etmək.
-Bütün qonaqlar və daxili müştərilərin şikayət və sorğularına nəzakətlə və effektiv şəkildə cavab vermək, problemlərin qənaətbəxş şəkildə həll edilməsinə əmin olmaq üçün onların başa çatdırmaq.
-İaşə şöbəsinin menyusunda olan qida və içkilər haqqında məlumatlı olmaq və Qonaqların yemək və içki sifarişlərini qəbul etmək.
-İaşə şöbəsini istismar üçün hazırlamaq, o cümlədən ətrafın bəzədilməsi, bədii tərtibat və masaların qurulması, təmizlik işləri və digər müəyyən edilmiş tapşırıqları yerinə yetirmək.
-İaşə şöbəsinin kassa-ödəniş terminalından müəyyən edildiyi kimi istifadə etmək.
-Bütün satış əməliyyatlarının müvafiq qaydada qeydiyyata alınmasını təmin etmək, İaşə şöbəsində çeklərin buraxılması, ləğv edilməsi və ya onlara düzəlişlər edilməsi üzrə müəyyən edilmiş prosedurlara riayət etmək.
-Yemək və içkiləri müəyyən edilmiş standartlara müvafiq olaraq təqdim etmək.
-Masaları təmizləmək və çirkli qabları qabyuma ərazisinə aparmaq.
-Obyektin açılışı və bağlanışı ilə bağlı təyin edilmiş tapşırıqları yerinə yetirmək.
-Xüsusi təamlar və içkilərin hazırlanma qaydaları və inqrediyentlərlə bağlı qonaqların xüsusi xahişlərinin yerinə yetirilməsi baxımından tələb olunduqda, çeviklik nümayiş etdirmək.
-İaşə şöbəsinin meneceri tərəfindən xarici görünüşlə bağlı müəyyən edilmiş təlimatlara riayət etmək.
-Şirkətin bütün minimal brend standartlarının icra edilməsini təmin etmək və müvafiq sayıldıqda, digər brend standartlarının icra olunmasını təmin etmək.
Namizədə olan tələblər:
-Ofisiant kimi 1 ilə kimi iş təcrübəsinə malik olmaq;
-Müxtəlif iş qrafiklərində işləmək bacarığı;
-Azərbaycan, İngilis və Rus dillərin yazılı və şifahi ünsiyyət qabiliyyətinə malik olmaq;
-Komandada işləmək bacarığı, gülərüzlü olmaq.
Yuxarıda qeyd olunan tələblərə uyğun namizədlərdən mövzu yerində “Waiter/Waitress” qeyd edərək CV-lərini [email protected] elektron ünvanına 16.06.2023-dək göndərmələri xahiş olunur. Əks təqdirdə, müraciətə baxılmaya bilər.
Vakansiyalar
- 2 gün, 18 saat
- 2 gün, 18 saat, 2 dəq
- 2 gün, 18 saat, 4 dəq
- 2 gün, 18 saat, 6 dəq
- 2 gün, 18 saat, 8 dəq