Marketinq meneceri axtarılır – (Süd və süd məhsulları)

Menecer


İşəgötürən – Veysəloğlu MMC



Funksiya: Qastronom və dondurulmuş məhsullar üzrə biznes inkişafı departamenti

İş yeri: Bakı şəhəri

İş qrafiki: Həftənin 5 günü saat 09:00-dan 18:00-dək 

İşin təsviri: Məhsul və markaların ehtiyacları istiqamətində qısa və uzun dövrlü marketinq strategiyasını dəstəkləyən planlar hazırlamaq və layihələr həyata keçirmək.

Vəzifə funksiyaları: 

Məhsul idarəsində olan məhsul və markaların ehtiyacları istiqamətində qısa və uzun dövrlü marketinq strategiyasını dəstəkləyən planlar hazırlamaq və layihələr həyata keçirmək;

Məhsul seçimi və qiymətin təyin olunması prosesi ilə əlaqədar müvafiq şirkətlərlə görüşlər təşkil etmək;

Satış potensialı yüksək ola biləcək yeni markaların araşdırılıb yerli bazara çıxarılmasını həyata keçirmək;

Bazar dinamikasını, rəqibləri və rəqib məhsulları təqib edərək öz təklifləri ilə məruzə etmək; 

Marka və məhsul performansını müşahidə edərək təhlil etmək; 

İstehlakçı ehtiyac və davranışlarını təhlil etmək məqsədi ilə həyata keçiriləcək marketinq tədqiqatları ehtiyacını müəyyənləşdirmək, tədqiqat briflərini və keçirilən tədqiqatları qiymətləndirərək fəaliyyət planları hazırlamaq;

Cari ilin strategiyasını idarə edərkən gələcək dövrlərdəki strateji istiqamətləri müəyyənləşdirmək, onları məhsul və markaların ideya mərhələsində istehlakçılara çatdırmaq, o cümlədən istehlakçılardan gələcək geri dönüşlərin və dəyərləndirmənin də daxil olduğu uzunmüddətli bir prosesin cavabdehliyini daşımaq.

Vəzifə tələbləri:

Ali təhsil; 

Minimum 3 il marketinq, kateqoriya idarə etmə və ya biznes inkişaf sahəsində iş təcrübəsi (FMCG sahəsində iş təcrübəsi üstünlükdür);

Marketinq və bazar araşdırma prinsiplərini dərindən bilməli; 

Azərbaycan və rus dillərini səlis bilmək (İngilis dili biliyi üstünlükdür);

Əmək haqqı: Müsahibə əsasında təyin olunur. 

Təminatlar:

Avtonəqliyyat vasitəsinin amortizasiya və yanacaq xərclərilə qarşılanır;

Nahar ilə təmin edilmə.

Müraciət qaydaları: Müraciət etmək istəyən namizədlər CV-ni mövzu bölməsində “Marketinq meneceri” qeyd etməklə    [email protected]   elektron poçt ünvanına göndərə bilərlər. 

Yalnız ilkin seçimdən keçən namizədlərlə əlaqə saxlanılacaqdır.     

Avand sosial şəbəkələrdə


©️ 2023

İş elanının dərci üçün müraciət edin

[email protected]