Kredit üzrə satış mütəxəssisi axtarılır

Kredit mütəxəssisi


İşəgötürən – Bank Avrasiya

Namizədlər üçün irəli sürülən tələblər:

Ali təhsil (İqtisadiyyat və ya maliyyə-kredit  sahəsində)

Kredit satışı üzrə ən azı 1 il iş stajı

Potensial müştərilərin axtarışı və cəlb etmə bacarığı

Kreditləşdirmə  barədə nəzəri və praktiki bilgilərə malik olma

Bank qanunvericiliyi barədə biliklərin olması

Azərbaycan dilində səlist danışıq bacarığı (rus dili və ingilis dili arzuolunandır)

MS Office proqramlarının bilikləri

Analitik qabiliyyət və maliyyə təhlil bacarığı

Məsuliyyət, düzgünlük, dəqiqlik və etibarlılıq kimi müsbət göstəricilərə sahib olmaq 

Yüksək ünsiyyətqurma və komandada işləmək bacarığı

İşin təsviri:

Müştərilərin cəlb olunması və onlara çarpaz satışların edilməsini;

Yeni müştərilərə təkliflərin hazırlanması və təqdim edilməsi üzrə işlərin görülməsi;

Maliyyə təhlili əsasında müştərilərin ödəniş qabiliyyətini təyin edilməsi;

Mövcud müştəri portfelinin idarə edilməsi, bu seqmentə aid olan bütün növ bank məhsullarının təklif edilməsi;

Müştəri sənədlərinin və hesabatlarının hazırlanması və Kredit Komitələrinə təqdim edilməsi;

Müştərilərin ehtiyaclarını müəyyən edərək onlarla uzunmüddətli iş perspektivində maliyyə məsləhətlərinin verilməsi;

Qarşıya qoyulmuş aylıq/illik planları icra etməklə keyfiyyətli kredit portfelinin qurulması və idarə edilməsi.

Xahiş olunur mövzu hissəsində Kredit üzrə satış mütəxəssisi vəzifəsini qeyd edib CV-ləri   [email protected] adresinə göndərəsiniz.

Avand sosial şəbəkələrdə


©️ 2023

İş elanının dərci üçün müraciət edin

[email protected]