Bankın Korporativ kreditlərin təhlili şöbəsinə kiçik mütəxəssis tələb olunur

Kredit mütəxəssisi

kredit


İş elanını dərc edən: Kapital Bank

Vakansiya: Korporativ kreditlərin təhlili şöbəsinin kiçik mütəxəssisi

Ümumi məlumat
“Kapital Bank” ASC namizədləri Biznes kreditlərin anderraytinqi departamentinin Korporativ kreditlərin təhlili şöbəsinin kiçik mütəxəssisi vəzifəsinə müraciət etməklə peşəkar komandanın üzvü olmağa dəvət edir.

Öhdəliklər
-Koporativ müştərilərin maliyyə və biznes təhlilini həyata keçirmək;

-Müştərilərin müraciətləri əsasında kreditləşmə və sənədli əməliyyatları aparmaq, restrukturizasiya və ya şərtlərinə əlavə və dəyişikliklərin edilməsi üzrə öhdəlikləri strukturlaşdırmaq, onlar barədə rəylər vermək;

-Borcalanın ödəmə qabiliyyətini qiymətləndirmək, maliyyə vəziyyətindəki dəyişiklikləri izləmək, proqnozlar hazırlamaq, sifarişin məqsədə uyğunluğunu və effektivliyini qiymətləndirmək;

-Risklərin düzgün qiymətləndirmək və bankdaxili digər normativ qaydaların qorunmasına nəzarət edilməsi;

-Vəzifə funksiyalarından irəli gələn və rəhbərlik tərəfindən verilən göstərişlər əsasında digər öhdəlikləri icra etmək.

Tələblər
-Ali təhsil; (İqtisadi, maliyyə və ya riyazi sahə üzrə ixtisas)

-Bank sahəsində müvafiq sahə üzrə minimum 1 illik iş təcrübəsi;

-Rus və İngilis dil bilikləri müsbət qarşılanır;

-CFA və ya ACCA sertifikatlarının olması müsbət qarşılanır;

-Komputer bilikləri (MS Office, Internet);

-Mükəmməl iqtisadi və maliyyə biliklərinin olması, maliyyə hesabatlarının yığılması və təhlil etmə bacarıqları;

-Analitik düşünmə qabiliyyəti və çevik qərarvermə qabiliyyəti;

-Məsuliyyətlilik və dəqiqlik;

-Yüksək səviyyədə ünsiyyətqurma qabiliyyəti;

-Bank qanunvericiliyini bilmək.
Maraqlananlar, https://hr.kapitalbank.az portalında qeydiyyat keçərək və yaxud [email protected] email ünvanına CV göndərərək vakansiya üzrə müraciət eləyə bilər.

Avand sosial şəbəkələrdə


©️ 2023

İş elanının dərci üçün müraciət edin

[email protected]