Kiçik və Orta Biznes Kreditləri üzrə Mütəxəssis axtarılır – (Gəncə şəhəri)

Kredit mütəxəssisi


İşəgötürən – Bank Respublika ASC

Ümumi vəzifə öhdəlikləri:

Potensial müştərilərin axtarışı və cəlb edilməsi;

Korporativ müştərilərlə biznes görüşlərinin təşkili;

Korporativ müştərilərdən daxil olan məlumatlara operativ reaksiyanın göstərilməsi;

Bank və bankın məhsullarının şirkətlərdə və digər yerlərdə satışlarını təşkil etmək;

Cəlb olunan müştərilərin qarşısında qoyulan tələblərin icrasına nəzarət;

Biznes analizlərin aparılması.

Namizədə qarşı tələblər:

Ali təhsil;

Dil bilikləri: Azərbaycan dili (əla), Rus dili (arzuolunandır);

Yüksək səviyyədə satış etmək bacarığı;

Korporativ müştərilərlə işləmək bacarığı;

Müxtəlif düşüncə və dünyagörüşə malik insanlarla yazılı və şifahi ünsiyyət qurmaq bacarığı;

Fikrini dəqiq, dolğun və özünə əminliklə təqdim etmə;

Ünsiyyət tərzi ilə insanları cəlb etmə və inandırmaq bacarığı;

Məlumatlar əsasında təhlil etmə və düzgün qərar vermə;

Komandanın bir üzvü olmaq üçün, yeni iş mühiti və kollektivə tez uyğunlaşma.

Göstərilən tələblərə cavab verən namizədlər öz CV-lərini 21 iyul 2023-cü il tarixinədək   [email protected]    email-in mövzu hissəsində Kiçik və Orta Biznes kreditləri üzrə mütəxəssis (Gəncə) qeyd edərək elektron ünvanına göndərə bilər. Əks təqdirdə müraciətlərə baxılmaya bilər. 

Həmçinin bildirmək istərdik ki, işəqəbul prosesinin növbəti mərhələsi üçün yalnız seçilmiş namizədlərlə əlaqə saxlanılacaqdır.

Avand sosial şəbəkələrdə


©️ 2023

İş elanının dərci üçün müraciət edin

[email protected]