“Korporativ satış meneceri” tələb olunur

Menecer


ABV   şirkəti “Korporativ satış meneceri” vakansiyasını elan edib.

Vəzifə öhdəlikləri: 
-Cəmiyyətin korporativ satış strategiyasının hazırlanması və icrasına nəzarət edir;
-Cəmiyyətin ümumi müştəri bazasının formalaşdırılması üzrə işləri yerinə yetirir;
-Korporativ satış ilə bağlı bazar araşdırmaları aparır;
-İnternet və digər media kanalları üzərindən potensial müştəri və tender axtarışı həyata keçirir;
-Potensial satış nöqtələri ola biləcək məntəqələrə ziyarət, ehtiyacların analizi;
-Müştəri ilə görüşmələr və təqdimatların keçirilməsi.

Namizədə tələblər:
-Ali təhsil (biznes, menecment, və s. oxşar sahələr üzrə) 
-Rəhbər vəzifədə ən azı 1 il iş təcrübəsi və korporativ satış sahəsində 3 illik iş təcrübəsinin olması;
-Videomüşahidə kamera sistemləri , şəbəkə avadanlığı İP və TV kameralarının satışı sahəsində təcrübə üstünlükdür;
-Yaş həddi 25-40;
-Rus və ingilis dillərinin birini yüksək səviyyədə bilməli;
-Korporativ satış sahəsinin nəzəri və praktiki biliklərin texnikalarını bilməli.

Vakansiya ilə maraqlanan namizədlərCV-nizi  [email protected] e-mail adresinə “Korporativ satış meneceri” qeyd edərək göndərə bilərlər.

“ABV” mağazaları elektron təhlükəsizlik sistemləri üzrə geniş avadanlıq çeşidlərinin inteqratorudur.

Əsası 1993-cü ildə qoyulan “Araznet” MMC-nin idarəsi altında olan “ABV” mağazalar şəbəkəsi 3 mağaza, 1 servis və baş ofisdən ibarətdir. Fəaliyyətimiz dövründə bir çox dövlət və özəl layihələri böyük məsuliyyətlə yerinə yetirmiş, daimi texniki dəstəyi göstərmişik. Təklif etdiyimiz məhsullarla həm fərdi sifarişlərdə, həm də layihələrdə uğurlu partyor funksiyasını icra edirik.

Avand sosial şəbəkələrdə


©️ 2023

İş elanının dərci üçün müraciət edin

[email protected]