Kapital Bank KOS satışın təhlili şöbəsinin meneceri axtarır

İşəgötürən: Kapital Bank
Vakansiya: KOS satışın təhlili şöbəsinin meneceri
Son tarix: 25 iyun 2022
Öhdəliklər:
-Bankdaxili və bankdan kənar məlumatlar bazasından istifadə edərək satış komandası üçün potensial müştəri bazasının formalaşdırılması;
-Satış trendlərinin departament, şöbə, qrup və işçi səviyyəsində izlənilməsi;
-Satışda effektivliyin artırılması istiqmətində müxtəlif analitik hesabatların təqdim edilməsi;
-Departamentin əməkdaşları üçün KPİ-ların təyin edilməsi, hədəflərin icrası ilə bağlı periodik hesabatların təqdim edilməsi və renkinqlərin hazırlanması;
-Aktivliyi azalmış müştəriləri müəyyən edərək “cross sale” və “up sale” istiqamətində hesabatların hazırlanması;
-İşçilərin motivasiya sistemi ilə bağlı təkliflərin hazırlanması və tətbiq edilməsi;
-CRM-in idarəedilməsi prosesinə nəzarət;
-Periodik hesabatların zamanında və dəqiq göndərilməsinə nəzarət;
-Cari işin optimallaşdırılması və avtomatlaşdırılması işini təmin etmək;
-Bazarda rəqiblər və tendensiyalar haqqında məlumatların toplanması, təhlil edilməsi və strateji qərarların qəbul olunması üçün təkliflərin hazırlanmasını təmin etmək.
Tələblər:
-Bank sektoru üzrə ən azı 5 illik iş təcrübəsi (müvafiq sahə üzrə olması arzu olunandır);
-Minimum 2 il idarəetmə təcrübəsi;
-Data Analitika sahəsində iş təcrübəsi;
-Analitik qabiliyyət, ünsiyyət və təqdim etmə bacarıqları;
-Məlumatlardakı nümunələri və anomaliyaları tanımaq və araşdırmalar əsasında nəticə çıxarmaq üçün kritik düşünmə bacarıqları;
-Mürəkkəb araşdırmalar və ideyaların məntiqini başa düşülən formada çatdırmaq üçün lazımi ünsiyyət bacarıqları;
-Liderlik bacarıqları;
CV-nin göndərilməsi üçün e-mail: [email protected]
Vakansiyalar
- 1 ay, 2 həftə, 59 dəq
-
1 ay, 3 həftə, 4 gün, 20 saat, 30 dəq
PAŞA Bank “Techo” layihəsi ilə İT sahəsinin ekspertlərini komandasına qoşulmağa çağırır
- 1 ay, 4 həftə, 2 gün, 4 saat, 28 dəq
- 2 ay, 3 gün, 4 saat, 18 dəq
- 2 ay, 3 gün, 4 saat, 21 dəq