İşə qəbul üzrə menecer axtarılır

Menecer

greencity menecer


“GREEN CİTY RESORT” yaşayış və istirahət kompleksi “İşə qəbul üzrə menecer“ vakansiyasını elan edib.
İş barədə məlumat
– Açıq vakansiyaları təhlil etmək, şirkətdaxili və şirkətxarici elanları hazırlamaq və yerləşdirmək;
– Elan olunan vakansiyalar üzrə namizədlərin axtarışı;
-Gündəlik müsahibə cədvəlinin aparılması;
– Namizədlər üçün imtahanların və test yoxlanışlarının təşkili;
– Müsahibədən sonra namizədlərə nəticələrlə bağlı məlumatın verilməsi;
-Müsahibə nəticələrinin qeydiyyatının aparılması;
-İşə qəbul prosesinin gedişatı ilə bağlı struktur rəhbərlərini məlumatlandırmaq;
– İşə qəbul layihələrinin təşkilində yaxından iştirak etmək;
– Şirkətin işə qəbul siyasətinə riayət olunmasını təmin etmək;
– İşçi qüvvəsinin planlaşdırılmasında iştirak etmək;
– İşəqəbul hesabatlarının hazırlanması;
– Rəhbərlik təfərindən təyin olunmuş digər vəzifələri yerinə yetirmək.
Namizəd üçün tələblər
– İşə qəbul sahəsində 3-5 il iş təcrübəsi; (Otel və restoran sektorunda təcrübə üstünlükdür)
– Ali təhsil (İqtisadiyyat, psixologiya, sosiologiya, heyətin idarə olunması, menecment kimi sahələrdə ali təhsil arzu olunandır);
– Azərbaycan Respublikasının Əmək Məcəlləsini bilmək;
– Elektron Hökümət Portalları ilə (e-gov; e-sosial; İSB) işləmə bacarığı;
– Microsoft Office (Word, Excel) proqramlarında sərbəst işləmək (1С 8.3 proqramında işləmə bacarığı arzuolunandır)
– Analitik düşünmə tərzi, ünsiyyətcil, təqdimat bacarığı;
– Operativ və düzgün qərar vermək bacarığı;
– Problemləri həll etmə bacarığı.
– İngilis və rus dili arzu olunandır;
– Məsuliyyətli
-Şəxsi inkişafa meylli
-Pozitiv
– Özünütəşkiletmə qabiliyyəti
– Nailiyyət yönümlülük
-Etibarlılıq və Dürüstlük
– Əsasən qadın namizədlərə üstünlük veriləcək
Əlavə məlumat:
– Əmək haqqı razılaşma əsasında; (təqribi 1500-2000 AZN)
– İş qrafiki: Beş günlük iş həftəsi
– İş yeri: Baki şəhəri, Salyan şos. 14 cü km
– Yalnız tələblərə cavab verən namizədlər müsahibəyə dəvət olunacaqdır.

E-mail: [email protected]
Tel:(+994)77-277-74-20

Avand sosial şəbəkələrdə


©️ 2023

İş elanının dərci üçün müraciət edin

[email protected]