İrshad Electronics işçilər axtarır-satış meneceri, təmsilçisi, kredit mütəxəssisi…

Irshad Electronics yeni vakansiyalar elan edib
1. Vakansiya: Satış təmsilçisi (Lökbatan, Maştağa, Masazır və Xırdalan)
Son tarix: 19 may 2022
Vəzifə və öhdəliklər:
-Ünsiyyətcil, təşəbbüskar;
-Komandada işləmək bacarığı;
-Müştərilərlə işləmək qabiliyyəti;
-Mükəmməl kommunikasiya qabiliyyəti;
-İşdə dəqiqlik və detallara fikir vermə qabiliyyəti;
-Ali təhsilə üstünlük verilir;
-Müştəriyə məhsullar, zəmanət şərtləri haqqında dəqiq və ətraflı məlumatın verilməsi;
Tələblər:
-Yaş: 23-29 arası;
-Cinsi: kişi;
-Ali təhsil, Azərbaycan dili və rus dili səlis bilməyi;
-Mobil telefon və elektronika sahəsində iş təcrübəsi minimum 1 il olmalıdır.
CV-nin göndərilməsi üçün e-mail: [email protected]
2. Vakansiya: Korporativ Satış Meneceri
Son tarix: 19 may 2022
Vəzifə və öhdəliklər:
-Müştəri bazasının formalaşdırılması və korporativ müştərilərlə əlaqələrin qurulması;
-Yeni müqavilələrin bağlanması üçün potensial müştərilərlə görüşlərin təşkili;
-İşgüzar yazışmaların həyata keçirilməsi və korporativ danışıqların aparılması;
-Müştərilərə zəng və ya email vasitəsi ilə ilkin əlaqənin qurulması;
-Müştəri ilə təqdimatların keçirilməsi və təkliflərin verilməsi;
-Ziyarət nəticələrinin izlənilməsi;
Namizədə dair tələblər:
-Ali təhsil;
-Korporativ mühitlə əlaqədar minimum 3 il iş təcrubəsi;
-Məntiqi və analitik düşünmə tərzi və təşəbbüskarlıq;
-MS Office ilə qabaqcıl istifadə bacarıqları;
-Azərbaycanvə rus dillərində səlist danışıq bacarığı;
-Sürücülük vəsiqəsi: kateqoriya B;
-Yaş: 25-35;
-Şəxsi avtomobil;
Korporativ nömrə,benzin,amortizasiya xərcləri, ə/h 800 AZN, yüksək bonuslar.
CV-nin göndərilməsi üçün e-mail: [email protected]
3. Vakansiya: Kredit mütəxəssisi (Sumqayıt, Masallı, İmişli və Gəncə)
Son tarix: 19 may 2022
Vəzifə və öhdəliklər:
-Müştəriyə kredit məhsulları haqqında məlumatın verilməsi;
-Kredit müraciətlərinin qəbulu və analizi;
-Kredit portfelinə nəzarət və idarə etmək;
-Müştəri hesablarının aparılmasına dair xidmətlər;
-Verilmiş kreditlərə dair xidmətlər və onların monitorinqinin aparılması.
Tələblər:
-Yaş: 25-30 arası;
-Cinsi: Kişi;
-Azərbaycan dili səlis, rus dilini bilməyi arzuolunandır;
-Ünsiyyətcil, təşəbbüskar;
-Komandada işləmək bacarığı;
-Analitik zəka, məntiq, müştərilərlə işləmək qabiliyyəti;
-Riyazi hesablama aparmaq qabiliyyəti;
-Mükəmməl kommunikasiya qabiliyyəti;
-İşdə dəqiqlik və detallara fikir vermə qabiliyyəti;
-Bank və ya bank olmayan kredit təşkilatında (kredit mütəxəssisi vəzifəsində) iş təcrübəsi ən azı 1 il olmalıdır.
İş şəraiti:
-İş yeri: “İrşad Electronics” MMC-nin filialları;
-İşə qəbul: AR Əmək Məcəlləsinə əsasən sənədləşdirilmə aparılır;
-Əmək haqqı: 600 AZN+ bonus.
CV-nin göndərilməsi üçün e-mail: [email protected]
4. Vakansiya: Mühasib
Son tarix: 19 may 2022
Tələblər:
-Təhsil – Ali təhsil
-Mühasib kimi iş təcrübəsi – 2 il minimum
-Yaş həddi – 25-35
-Kompüter – mütləq şəkildə 1C – 8.3 proqramında sərbəst işləmə bacarığı.
Vəzifə öhdəlikləri:
-Muhasibat yazılışlarının təhlili;
-Büdcə hesabatlarının tərtibi;
-Online kargüzarlıq sənədlərlə işləmək
-Tələblərə cavab verən namizədlər müsahibə əsasında seçiləcəkdir.
Digər tələblər:
-Ünsiyyətcil
-Məsuliyyətli
-Komandada işləmək bacarığı
-Stresə davamlı
Əmək haqqı: 700 AZN
İş qrafiki – həftə içi 6 gün; iş saatı – 10.00 – 19.00 (6-cı gün – 10.00 – 14.00)
CV-nin göndərilməsi üçün e-mail: [email protected]
Vakansiyalar
- 2 saat, 3 dəq
-
1 gün, 1 saat, 3 dəq
AGRO – WEST DC LLC işə qəbul üzrə aparıcı mütəxəssis axtarır
- 1 gün, 1 saat, 5 dəq
- 1 gün, 1 saat, 7 dəq
-
1 gün, 1 saat, 9 dəq
Sinteks Group of Companies informasiya texnologiyaları üzrə Təcrübə Proqramı elan edib