İri şirkətə xəzinədar tələb olunur

“Mətanət A” şirkəti “Xəzinədar” vakansiyasını elan edib
Vəzifə öhdəlikləri:
– Xəzinə hesabatının tərtib edilməsi.
– Mədaxil və məxaric sənədləri əsasında xəzinə kitabını aparır, nağd pul vəsaitlərini kitabdakı qalıqlarla üzləşdirilməsi
– İşçilərin əmək haqqı və mükafatlarının verilməsi, ezamiyyət və digər xərclərin ödənilməsi üçün müəyyən olunmuş qaydaya uyğun olaraq sənədləri, pul vəsaitlərini alır və ödənişləri icra edilməsi
Əmək haqqı:
– Razılaşma yolu ilə.
İş şəraiti:
– İş saatı: 09-00-dan 18-00-dək;
– İstirahət: Şənbə və Bazar günü.
Tələblər:
– Kassa əməliyyatını aparmaq üçün əsasnamə, təlimat, rəhbər materialları və başqa normativ sənədləri;
– Kassa və bank sənədlərinin formalarını;
– Pul vəsaitlərinin və qiymətli kağızların qəbulu, verilməsi, hesabı və mühafizəsi qaydalarını;
– Mədaxil-məxaric sənədlərinin rəsmiləşdirmə qaydalarını;
– Dövlət bankı tərəfindən müəssisə, idarə və təşkilatlar üçün təyin edilmiş kassada olan qalıqların limitini, onun Mühafizəsinin təmin olunma qaydasını;
– Kassa kitabçasının aparılması və kassa hesabatının tərtibi qaydasını;
– Hesablama texnikasının istismarı qaydasını;
– Əməyin təşkilinin əsaslarını; əməyin mühafizəsi, təhlükəsizlik texnikası, istehsalat sanitariyası və yanğından mühafizənin norma və qaydalarını.
– Bank təcrübəsinin olması üstünlükdür
Qeyd:
– CV-lərinizi mövzu sətrində vakansiyanın adını qeyd edərək [email protected] ünvanına göndərməyiniz xahiş olunur.
Vakansiyalar
- 4 gün, 2 saat, 49 dəq
- 4 gün, 8 saat, 30 dəq
- 4 gün, 8 saat, 34 dəq
- 4 gün, 8 saat, 40 dəq
- 5 gün, 7 saat, 56 dəq