Emsa Baku mağaza meneceri axtarır (Madame Coco,Decoria)

İşəgötürən: Emsa Baku
Vakansiya: Mağaza meneceri (Madame Coco,Decoria)
Son tarix: 09 iyul 2022
Tələblər:
-Ali təhsil;
-27-45 yaş həddi;
-Minimum 5 il satış sahəsində (2 ili rəhbər vəzifədə olmaqla) iş təcrübəsi olmalı;
-Satış texnikalarını yaxşı bilməli, müştəri yönümlü və satışa meyilli olmalı;
-Güclü liderlik keyfiyyətlərinə sahib olmalı və kollektivlə işləməyi bacarmalı;
-Kooperativ idarəetmənin üsul və tətbiqi qaydalarını bilməli;
-Analitik təhlil qabiliyyətinə sahib olmalı;
-MS Office proqramları üzrə qabaqcıl istifadə biliyi;
-Azərbaycan və rus dillərini yaxşı səviyyədə bilməli;
-İşgüzar ünsiyyət və danışıqlar aparılması, kollektiv idarə etmə bacarıqlarının olması;
Vəzifə öhdəlikləri:
-Satış departamentinin iş prinsiplərinə uyğun olaraq mağazanın işinə nəzarət etmək;
-Rəqiblərin, trendlərin və bazarda baş verən yeniliklərin təqib edilməsi, analiz edilməsi və nəticələrin departament rəhbərinə təqdim olunması;
-Mağazanın satış planının icrasına nəzarət etmək və yaranacaq problemlərin aradan qaldırılmasını təmin etmək məqsədi ilə birbaşa rəhbəri ilə daimi əlaqədə olmaq;
-Kooperativ müştərilərin cəlb edilməsi və satışın artırılması məqsədilə yeni təkliflər vermək;
-Satış komandasına tətbiq olunan öhdəlik və tapşırıqların həyata keçirilməsi üçün işçilərin bu istiqamətdə təlimatlandırılmasını və yönəldilməsini təmin etmək;
-Mağazanın işçilərinin işinin ilkin qiymətləndirməsini apararaq departament rəhbəri ilə müzakirə olunması;
-Satış ilə əlaqədar qərarların verilməsi prosesində iştirak etmək;
-Satış planına uyğun olaraq işçilər arasında iş bölgüsünün aparılması, iş qrafiklərinin və ya işçilərin iş rejiminin planlaşdırılması
-İşçinin iş prosesinin nəzarətdə saxlanılıb izlənməsi
-Rəhbər tərəfindən vəzifə icrası ilə bağlı digər tapşırıqlar
-Bazar araşdırmaları aparılması və müştəri ehtiyaclarının məyyənləşdirilməsi;
-Satış analizlərinin həyata keçirilməsi və rəqiblərlə müqayisəli analizlərin aparılması;
-Satış kampaniyalarının təşkil edilməsi;
-Rəqib şirkətlərin qiymət və satış strategiyaları barədə təhlillərin aparılması.
-Müştərilərlə işgüzar danışıqların və satışın həyata keçirilməsi
-Satışın inkişaf etdirilməsi üzrə təkliflər planının hazırlanıb rəhbərliyə təqdim olunması
-Rəhbərliyin tələb etdiyi hesabatların vaxtında hazırlanıb təhvil verilməsi
İş şəraiti:
-İş saatı Əmək qanunvericiliyinə uyğun tənzimlənir.
-Əmək haqqı namizədin bilik və bacarığına görə tənzimlənir.
-İşə qəbul Əmək Qanunvericiliyinə uyğun olaraq həyata keçirilir
Uyğun namizədlər şəkilli CV-lərini [email protected] e-mail ünvanına mağaza meneceri başlığı ilə göndərə bilərlər.( Xahiş edirik ki, ancaq uyğun namizədlər CV göndərsin)
Vakansiyalar
- 13 saat, 26 dəq
- 1 gün, 14 saat, 21 dəq
- 1 gün, 14 saat, 35 dəq
- 2 gün, 8 saat, 58 dəq
- 2 gün, 9 saat, 3 dəq