eManat proqramlaşdırma şöbəsinin meneceri teleb olunur

İşəgötürən: eManat
Vakansiya: Proqramlaşdırma şöbəsinin meneceri
Son tarix: 25 may 2022
Namizədə qoyulan tələblər:
-Ali təhsil;
-Ən azı 4 il iş təcrübəsi;
-Proqramlaşdırma bilikləri üzrə:
Tələb olunur: C#, .NET, Java, MVC, SQL, HTML5, JavaScript;
-OYP (OOP) layihələrin tətbiqi və işlənməsi;
-RDBMS, Verilənlər Bazası üzrə layihələrin işlənməsi;
-Proqramlaşdırma, layihələndirmə bacarığı və analitik – alqoritmik düşünmə qabiliyyəti;
-İdarəçilik səriştəsi və komanda şəklində işləmə bacarığı;
-Proqram layihələrinin icra edilməsinə rəhbərlik edilməsi;
-SDLC (software development lifecycle) -dan anlayışı
-Ödəmə Sistemləri üzrə servis və API-lərin hazırlanmasını təmin etmək;
-Xarici dil: İngilis, Rus;
Vəzifə öhdəlikləri:
-Ödəmə Sistemin işləməsi və optimallaşdırılması üçün proqram tətbiqlərinin hazırlanması;
-Müxtərlif API və Web servislərlə əlaqədar işlənməsi və təhlükəsizliyin təmini;
-ÖS Servislərinin işinin düzgün təmin edilməsi, problem və bug-ların aradan qaldırılması;
-Verilənlər Bazası (DB) və Servislərlə işləmə;
-Yazılan servislərin analizi, müşayiət olunması və xətaların qarşısının alınması;
-Version Control sistemlərində kodlara nəzarət (Git, TFS, SVN və s) edilməsi;
-Ödəmə sisteminə yeni xidmətlərin qoşulması və optimizasiyasına nəzarət və təmin edilməsi;
-Ödənişlərdə yaranan problemləri analiz etmək və qarşısını alma tədbirlərinin görülməsi;
-Ödəmə sisteminin analizi və problemlərin həlli;
İş şəraiti:
-Ofis daxili;
-İş rejimi həftənin 5 günü (09:00 – 18:00);
-Təşəbbüskar təkliflərin dəyərləndirilməsi;
-Əmək haqqının 15 gündən bir ödənilməsi;
-Tibbi sığorta təminatının verilməsi;
-Nahar yeməyinin verilməsi;
-“Birlikdə istirahət” tədbirlərinin keçirilməsi
Maraqlananlardan xahiş olunur, öz CV-lərinizi [email protected] email ünvanına göndərəsiniz. Yalnız qeyd edilən tələblərə cavab verən namizədlərin CV-lərinə baxılacaqdır. Göndərilən CV-lərdə mövzu adı yerində “Proqramlaşdırma şöbəsinin meneceri” yazılmalıdır.
Vakansiyalar
- 5 saat, 57 dəq
- 6 saat, 2 dəq
- 6 saat, 5 dəq
- 6 saat, 9 dəq
- 6 saat, 16 dəq