Ehtiyat hissələri üzrə xarici satınalmada işləmək təklif olunur

Menecer

menecer


İşəgötürən: Nurgün Holdinq
Vakansiya: Ehtiyat hissələri üzrə xarici satınalma
Son tarix: 01 mart 2023
Vəzifə və öhdəlikləri:
-Xarici bazar və təchizat üzrə araşdırma, qiymətləndirmə aparmaq və optimallaşdırmaq üçün təkliflər vermək;
-Yüksək şifahi və yazılı kommunikasiya səviyyəsi;
-Daşınmaların təşkili üçün effektiv və sərfəli yolların araşdırılması;
-Material və məhsulların texniki məlumatlarının araşdırılması və müqayisə olunması;
-Müvafiq hesabatların hazırlanması;
-Satınalma fəaliyyəti və xərcləri barədə hesabatların verilməsi;
-Material və məhsulların məlumat bazasını hazırlamaq və yeniləmək, şirkətin xarici təchizat xərclərinə nəzarət etmək və aidiyyati şəxslərə hesabat vermək;
-Satınalmalar üçün rəqabətli qiymət sorğusu sisteminə nəzarət etmək;
-Daxil olan satınalma sifarişlərinin vaxtında və keyfiyyətli həyata keçirmək;
-Müqavilələrin bağlanması, şərtlərin müəyyən edilməsi və öhdəliklərin vaxtında icra edilməsini kontrol etmək;
-Faydalı şərtləri təmin etmək üçün xarici və daxili satıcılarla danışıqlar;
-Təchiz olunan malların və xidmətlərin keyfiyyətinə nəzarət etmək;
-Tədarük prosesində maneələrin, problemlərin aradan qaldırılması və koordinasiyası;
Tələblər:
-Ali təhsil;
-Müvafiq vəzifə üzrə 1 ilə yaxin təcrübə,
-Riyazi-məntiqi biliyinə,iqtisadi-biznes dünya görüşünə əsaslanaraq yuxarıda qeyd edilən tələblərin yerinə
yetirilməsində özünə inamın olması
-Dil bilikləri: İngilis və Rus dili üzrə biliklər
-MS Office proqramlarını bilməli;
-Fiziki aktiv;
-Məsuliyyətlilik, dürüst və dəqiq;
-Hesablama qabiliyyəti;
-Planlama bacarığı;
Şərtlər:
-Təhsil: Natamam ali (bakalavr)
-İş saatları 09:00-18:00
-Yaş həddi 25-30 arası.
-İş rejimi: Tam iş günü(5 gün)
Namizədlərdən öz CV-lərini müraciət edilən vakansiyanın adı qeyd olunmaqla [email protected] elektron ünvanına göndərmələri xahiş olunur. Yalnız tələblərə cavab verən namizədlər müsahibəyə dəvət olunacaq.

Avand sosial şəbəkələrdə


©️ 2023

İş elanının dərci üçün müraciət edin

[email protected]