Debet Safety ofis meneceri axtarır

İşəgötürən: Debet Safety
Vakansiya: Ofis meneceri
Son tarix: 19 oktyabr 2022
İşin təsviri:
-Ofisə yaxınlaşan qonaqları qarşılamaq, yönləndirmək, onları qəbul edəcək şəxsləri məlumatlandırmaq
-Daxil olan zəngləri qəbul etmək və onları təyinatı üzrə istiqamətləndirmək
-E-mail və yazışmaları həyata keçirmək, ümumi mailə gələn məktubları cavablandırmaq
-Sənədlərin qəbulu, qeydiyyatı, aidiyyatı üzrə yönləndirmək, poçt və ya kuryer vasitəsi ilə ünvana çatdırılmasını təmin etmək (çap və skan edilməsi və s. bu kimi işlərin görülməsi)
-Sənədlərin tamlığına, sənəd dövriyyəsinə nəzarət, düzgün təsnifləşdirilməsi, çeşidlənməsi, qeydə alınması və düzgün arxivləşdirilməsini təmin etmək (Kargüzarlıq işlərini aparmaq)
-Ofis üçün tələb olunan ləvazimatların təmin edilməsi üçün sifariş blankalarının hazırlanaraq müvafiq şöbəyə yönləndirmək
-Ofis üçün alınan təsərrüfat və ərzaq mallarının sifarişinə və düzgün alınmasına nəzarət etmək
-Ofis daxili inzibati işlərin görülməsini təşkil etmək və ofisin təmizliyinə nəzarət etmək
-İşlərin prosedur və təlimatlara uyğun şəkildə təşkil edərək icra etmək
-Rəhbərlik tərəfindən verilən tapşırıqların icrası;
Tələblər:
-Ali təhsil üstünlükdür
-Yaş həddi: 22-35 yaş
-Müvafiq sahədə iş təcrübəsi
-Sənədləşdirmə və yazışma işlərini bacarmalı
-Kollektivdə işləmək bacarığı
-Dil bilikləri: Azərbaycan dili və rus dili (ingilis dili arzuolunandır)
-Kompüter bilikləri: Ofis proqramları – Word, Excel, Outlook
-Ofis avadanlıqları ilə işləmək bacarığı
-Səliqəli , xarici görünüş, nəzakətli danışıq, intizamlı və işinə qarşı məsuliyyətli olmaq
İş şəraiti:
-AR Əmək Məcəlləsinə əsasən rəsmiləşdirmə
-Ə/h: 400-500 AZN
-5 günlük iş həftəsi ( 09:00 – 18:00).
Vakansiyaya müraciət üçün CV-nizi “Ofis meneceri” mövzusu ilə [email protected] email ünvanına göndərməyiniz xahiş olunur.
Vakansiyalar
- 1 ay, 3 həftə, 1 gün, 15 saat, 47 dəq
-
2 ay, 3 gün, 11 saat, 18 dəq
PAŞA Bank “Techo” layihəsi ilə İT sahəsinin ekspertlərini komandasına qoşulmağa çağırır
- 2 ay, 1 həftə, 19 saat, 16 dəq
- 2 ay, 1 həftə, 4 gün, 19 saat, 6 dəq
- 2 ay, 1 həftə, 4 gün, 19 saat, 9 dəq