Daxili nəzarət üzrə Menecer axtarılır

Menecer


İşəgötürən – Azərbaycan Kredit Bürosu


İş qrafiki: Bazar ertəsi – cümə, 09:00 – 18:00

Müraciət üçün son tarix: 30.09.2023

Vəzifə öhdəlikləri və fəaliyyətlər:

Büronun starteji hədəflərinə çatmaq üçün yarana biləcək risklərinin müəyyənləşdirilməsi, qiymətləndirilməsi və idarə edilməsi üzrə metodların və modellərin seçilməsi və tətbiqi üçün təkliflər vermək, eləcə də qərarların qəbul edilməsində iştirak etmək;

Büronun risklərinin idarə olunması, minimallaşdırılması və qarşısının alınması ilə bağlı təkliflər vermək və bu istiqamətdə həyata keçirilən tədbirlərdə iştirak etmək;

Büronun risklərinin idarə edilməsi prosesində lazımi hesabatlıqları tərtib etmək, əsas risk indikatorlarına dair məlumatların toplanması və analizlərini həyata keçirilmək;

Yaradılan yeni məhsul və xidmətlər üzrə potensial riskləri müəyyən etmək və təkliflər vermək;

Büronun struktur bölmələrinin biznes prosesləri qiymətləndirmək, risklərin optimallaşdırılması məqsədilə monitorinqlər həyata keçirmək və təkliflər vermək;

Büronun risk xəritəsinin yaradılması və davamlı nəzarət prosesinin həyata keçirilməsini təmin etmək;

Büroda risk mədəniyyətinin yüksəldilməsi məqsədilə struktur bölmələrdə maarifləndirmə işlərinin həyata keçirmək.

Maliyyə hesabatlarının dəqiqliyini, etibarlılığını, mühasibat uçotu məlumatları sisteminin düzgün tətbiqini nəzarətdə saxlamaq;

Audit zamanı aşkar edilmiş nöqsan və çatışmazlıqların aradan qaldırılmasına məsul olan şəxslər göstərilməklə, rəhbərliyə təkliflər vermək;

Zəruri hallarda Büronun daxili qaydaları, prosedurları və əsasnaməsində dəyişikliklərin edilməsi üzrə tövsiyələr vermək;

Daxili audit fəaliyyətinin təkmilləşdirilməsi istiqamətində layihələrdə iştirak etmək;

Tələb olunan təhsil və iş təcrübəsi:

Sahə üzrə minimum 3 il iş təcrübəsi;

Səlis Azərbaycan və İngilis dili (Rus dili biliyi arzuolunandır);

Daxili audit, risklərin idarə edilməsi, daxili nəzarət və ya maliyyə istiqamətində biliklərin olması;

Azərbaycan Respublikasında Bankların fəaliyyətinə dair qanunvericilik və normativ aktlara dair biliklərə malik olması;

Yüksək səviyyədə MS Excel biliyi;

Maliyyə, daxili audit və risk sahəsi üzrə beynəlxalq sertifikatı olanlara üstünlük veriləcəkdir.

Digər bacarıqları:

Bilik və bacarıqlarını daim artırmağa hazır olmalı;

Verilən tapşırığı sərbəst araşdırma qabiliyyəti; 

Analitik düşünmə bacarığı;

Komandada (Scrum/Agile) işləmək bacarığı və yeni texnologiyaları öyrənmə həvəsi;

Yüksək ünsiyyət bacarıqları, təşəbbüskar, aktiv, komandada işləmək bacarığı;

Stressə davamlılıq.

Maraqlanan namizədlər CV-lərini mövzunu qeyd etməklə    [email protected]  e-mail ünvanına göndərə bilərlər.

Avand sosial şəbəkələrdə


©️ 2023

İş elanının dərci üçün müraciət edin

[email protected]