Dalga Beach Aquapark insan resursları üzrə baş menecer axtarır

Menecer


İşəgötürən: Dalga Beach Aquapark

Vakansiya: İnsan Resursları üzrə baş menecer

Son tarix: 04 iyun 2022

Əsas vəzifə öhdəlikləri:

-İnsan Resursları əməliyyatlarının həyata keçirilməsi zamanı Azərbaycan Respublikası Əmək Məcəlləsinin tələblərini təmin etmək;

-İşə qəbul, işdən çıxış, davamiyyət, məzuniyyət, ezamiyyət, intizam tənbehləri və digər bütün əməliyyatları qanunvericiliklə müəyyən olunmuş qaydada həyata keçirmək;

-E-Gov hökümət portalı ilə bağlı əməliyyatların vaxtında yerinə yetirilməsini təmin etmək;

-Aylıq davamiyyət tabelinə nəzarət olunması və qeydiyyatının aparılması;

-İşçilərin şəxsi işlərini formalaşdırmaq, qaydaya salmaq və dəyişikliklərin müntəzəm olaraq qeydiyyatını aparmaq;

-İşçilərin icbari sığortalanmasının təmin edilməsi;

-Əmək kitabçalarının yazılması, dəyişikliklərin qeyd olunması, əmək kitabçalarının qeydiyyatı jurnallının yazılması;

-İşçilərlə bağlı aylıq hesabatların hazırlanması;

-İşə qəbul olunmuş şəxslərin əmək haqqı kartlarının sifariş olunması;

-Yeni vakansiyalar üzrə işçi axtarışı (elan yerləşdirilməsi, daxil olan CV-in analizi və seçimi),  işə qəbul müsahibələrin keçirilməsi və uyğun namizədlərin adiyyatı şöbəyə yönləndirməsi;

-Məzuniyyət cədvəlini daimi nəzarətdə saxlamaq;

-Şirkətin sənəd dövriyyəsinin düzgün aparılmasını təmin etmək;

-Rəhbərliyin tapşırıqlarının keyfiyyətlə və vaxtında yerinə yetirilməsi

Tələblər:

-Ali təhsil (İnsan Resursları İdarə olunması, Menecment, İqtisadi sahələr üzrə ali təhsil arzuolunandır);

-İnsan resursları sahəsində təcrübə minimum 3-5 il

-AR Əmək Məcəlləsini və mövcud əmək qanunvericiliyini bilməli

-İnsan resurslarının idarəolunması, funksiyaları, prosedurları haqqında biliyə sahib olması;

-İşəqəbul prosesinin əsas qaydalarını bilməli;

-Ünsiyyət qurma bacarığı;

-Operativ və düzgün qərar vermək bacarığı;

-İşə məsuliyyətli yanaşmaq;

-Problemləri həll etmə bacarığı;

Vakansiya ilə maraqlanan namizədlər CV-lərini mövzu hissəsində “İnsan Resursları üzrə baş menecer” qeyd edərək [email protected] elektron poçt ünvanına göndərə bilərlər. 

Avand sosial şəbəkələrdə


©️ 2023

İş elanının dərci üçün müraciət edin

[email protected]