By Telecom satış kanalı meneceri axtarır

Menecer


İşəgötürən: By Telecom

Vakansiya: Satış kanalı meneceri

Son tarix: 23 sentyabr 2022

“Bytelecom” mağazalar şəbəkəsi təyin olunmuş müəyyən onlayn satış kanalı və ya kanalları vasitəsilə bütün satış öncəsi və satış sonrası əməliyyatları idarə edəcək “Satış kanalı meneceri” axtarışındadır. 

“Satış kanalı meneceri”nin əsas rolu təyin olunan satış kanal(lar)ında satışın tam həcmdə, effektiv təşkil olunmasından ibarət olacaqdır. 

Öhdəliklər:

-Məsul olduğu satış kanalı üçün tələb olunan məhsulların yerləşdirilməsi və mütəmadi monitorinqi

-Komanda daxilində müxtəlif kateqoriya menecerləri və şöbələri ilə işlərin koordinasiyası

-Məsul olduğu satış kanalında şirkətin rəqabət qabiliyyətliliyini daima nəzarətdə saxlamaq

-Satış kanalı vasitəsilə sifarişlərin qəbulu, emal olunması, son müştəriyə təhvil verilənədək bütün əməliyyatların təşkili və koordinasiyası

-Təyin olunmuş KPI və satış hədəfləri üzrə planlama və icrası

-Yeni kateqoriya və əlavə məhsulların araşdırılması, təklif edilməsi və portfelin şaxələndirilməsi

-Həftəlik və aylıq hesabatların hazırlanması

-Məsul olduğu satış kanalı üzrə digər mühüm işlərin təşkili və icrası

Namizədə tələblər:

-Onlayn satış sahəsində minimum 1 il real iş təcrübəsi

-Mobil telefonlar, məişət texnikası və digər elektronika məhsulları sahəsində geniş anlayışın olmas

-Bazarı bilmək və ya öyrənmək bacarığı

-Yaxşı səviyyədə kommunikasiya bacarıqları

-Nəticə yönümlü yanaşma, hədəflərlə işləmək bacarığı

-Analitik düşünmək və kritik, sərbəst qərarlar verə bilmək bacarığı

Təklif olunur:

-İnkişaf edən şirkətdə inkişaf edən karyera imkanı

-AR Əmək Məcəlləsinə əsasən sənədləşmə

-Rəsmi və rəqabətcil əməkhaqqı, illik məzuniyyət

-Şəhərin mərkəzində müasir və rahat ofis şəraiti

-Həftə 6 iş günü, 1 gün istirahət

-Baza əməkhaqqı ilə yanaşı təkmil bonus sistemindən faydalanmaq

Müraciət etmək istəyən namizədlər CV-lərini [email protected] email ünvanına mövzu hissəsinə “Satış kanalı meneceri” qeyd edərək göndərə bilərsiniz.

Avand sosial şəbəkələrdə


©️ 2023

İş elanının dərci üçün müraciət edin

[email protected]