By Telecom aksesuar kateqoriya meneceri axtarır

Menecer


İşəgötürən: By Telecom

Vakansiya: Aksesuar kateqoriya meneceri

Son tarix: 23 sentyabr 2022

“Bytelecom” mağazalar şəbəkəsi əsasən mobil telefonlar və kompüter texnikasına aid bütün növ aksesuarlar kateqoriyasını idarə edəcək “Aksesuar kateqoriya meneceri” axtarışındadır. 

“Aksesuar kateqoriya meneceri”nin əsas rolu öhdəliyində olan kateqoriya üzrə bütün işlərin tam həcmdə, effektiv təşkil olunmasından ibarət olacaqdır. 

Öhdəliklər:

-Bazarda mövcud olan məhsulların çeşid, qiymət, keyfiyyət və tələbat araşdırmalarının aparılması;

-Hədəf son istehlakçı qrupunu dərindən tanımaq, onların istəklərinə və trendlərə uyğun olaraq mütəmadi olaraq cari və yeni məhsullarla şirkətin təmin edilməsi;

-Tabeçiliyində olan məhsul subkateqoriyalarının və qruplarının qısamüddətli və uzunmüddətli inkişaf strategiyalarının hazırlanması və həyata keçirilməsi;

-Daxili və xarici təchizatçılar ilə möhkəm və uzunmüddətli əlaqələrin qurulması;

-Müvafiq sifarişlərin verilməsi və məhsul-kateqoriya ehtiyatının (stok) planlanmasının idarə edilməsi;

-Marketinq komandası ilə sıx əməkdaşlığın edilməsi;

-Şirkətin müxətlif satış kanalları üzrə kateqoriyasının satış planının koordinasiyası;

-Rəqiblərin fəaliyyətlərinin daim araşdırılması və bu araşdırmaların nəticəsi olaraq yeni rəqabətqabiliyyətli strategiyaların hazırlanması və tətbiq edilməsi;

-Məhsul portfelini genişləndirmək üçün yeni planların hazırlanması və tətbiqi;

-Qısamüddətli və uzunmüddətli məhsul satış proqnozlarının, kateqoriyaya aid hesabat və təhlillərin hazırlanması.

Namizədə tələblər:

-Müvafiq sahə üzrə minimum 2 il real iş təcrübəsi

-Mobil telefonlar, kompüter texnikası və digər elektronika məhsulları sahəsində geniş anlayışın olmas

-Marketinq və satış əməliyyatları və prosesləri haqqında ətraflı biliklər 

-Yaxşı səviyyədə kommunikasiya bacarıqları

-Nəticə yönümlü yanaşma, hədəflərlə işləmək bacarığı

-Analitik düşünmək və kritik, sərbəst qərarlar verə bilmək bacarığı

Təklif olunur:

-İnkişaf edən şirkətdə inkişaf edən karyera imkanı

-AR Əmək Məcəlləsinə əsasən sənədləşmə

-Rəsmi və rəqabətcil əməkhaqqı, illik məzuniyyət

-Şəhərin mərkəzində müasir və rahat ofis şəraiti

-Həftə 6 iş günü, 1 gün istirahət

-Baza əməkhaqqı ilə yanaşı təkmil bonus sistemindən faydalanmaq

Müraciət etmək istəyən namizədlər CV-lərini [email protected] email ünvanına mövzu hissəsinə “Aksesuar kateqoriya meneceri” qeyd edərək göndərə bilərsiniz.

Avand sosial şəbəkələrdə


©️ 2023

İş elanının dərci üçün müraciət edin

[email protected]