“BSC Consulting” xəzinədar axtarır

Kassir


“BSC Consulting” şirkəti xəzinədar vakansiyasını elan edib.

Namizədlərə aid tələblər

– İxtisas üzrə azı 1 il iş təcrübəsi

– Ali təhsil

– Konfidensiallığı qoruyub saxlamaq bacarığı

– MS Office,  1C 8.3 proqramında işləmək bacarığı

– Riyazi hesablama aparma, analitik təhlil etmə qabiliyyəti olmalı

– Məsuliyyət, düzgünlük, dəqiqlik, stresə davamlılıq

Vəzifə və öhdəliklər:

-Kassa əməliyyatlarını müvafiq qayda və tələblərə uyğun aparmaq;

-Müştərilərə və cəmiyyətin işçilərinə bütün növ kassa xidmətlərini göstərmək;

-Kassadan keçən bütün nağd vəsaiti izləmək və nəzarətdə saxlamaq;

-Gündəlik xəzinə sayımı etmək, xəzinə kitabında müvafiq qeydiyyatları aparmaq və təsdiq etmək;

-Nağd pul və digər qiymətlilərlə bağlı aparılmış əməliyyatlar barədə hesabatları hazırlamaq və çap etmək;

-Günün sonunda bütün nağd vəsaiti və qiymətliləri hesablamaq;

-Nağd vəsaitləri qayda və təlimatlara uyğun hazırlamaq, bağlamaq və təhvil vermək;

-Alınan malın ümumi pul məbləğini hesablayıb, alıcıya bildirmək;

-Alıcılardan alınan pul məbləğini kassadan keçirmək;

-Mədaxil və məxarici sənədlər əsasında kassa jurnalı ilə yoxlamaq və tutuşdurmaq;

-Nağd pulun qəbul edilməsi zamanı onun həqiqiliyi və ödəmə qabiliyyətli olmasını yoxlamaq;

-Kassa hesabatını hazırlamaq.

Bizim təminatımız

-Peşəkar, mehriban komandada iş

-AR ƏM əsasən rəsmiləşmə

-Əmək haqqı müsahibə əsasında təyin ediləcək.

-İş rejimi: 6 günlük iş qrafiki

Göstərilən tələblərə cavab verən namizədlərdən CV-lərini Subject/Mövzu hissədə “Xəzinədar” yazaraq 15.08.2022- ci il tarixinədək [email protected] göndərilməsi xahiş olunur.

Avand sosial şəbəkələrdə


©️ 2023

İş elanının dərci üçün müraciət edin

[email protected]