BERC Group qeydiyyatçı menecer axtarır

İşəgötürən: BERC Group
Vakansiya: Qeydiyyatçı menecer
Son tarix: 01 avqust 2022
İş barədə məlumat:
-Daxil olan zənglərə cavab verilməsi və təşkilati prosedurlara uyğun olaraq müraciət edənlərin sualarının cavablandırılması.
-Gündəlik kargüzarlıq və ofis daxili işlərin yerinə yetirilməsi, yönləndirilməsi, icrasına nəzarət.
-Akademiya və xidmətlər haqqında müştərilərə dəqiq və dolğun məlumatların verilməsi.
-Müəssisənin siyasət və prosedurları barədə məlumat, xidmətlər və yeniliklər barədə daimi məlumatlı olmaq.
-Təlimlərə müraciət edən şəxslərin qeydiyyatını aparmaq və müqavilələrin bağlanmasını təmin etmək.
-Valideyn və müəllimlərin imtahan nəticələri haqqında məlumatlandırılması.
-Tədris işinin təşkilinə köməklik göstərilməsi.
-Valideyinləri müəllimlər və rəhbərliklə əlaqələndirmək.
-Rəhbərin tapşırıqlarının yerinə yetirilməsi və gündəlik hesabatların verilməsi.
-Dəvamiyyətin təqibi, dərsdə iştirakın təqibi, valideyinlərə zənglərin edilməsi.
-Aylıq ödənişlərin qəbulu və müvafiq şöbəyə təhvil verilməsi.
Vəzifəyə dair bilik və bacarıqlar:
-Azərbaycan dili səlis, rus dili danışıq səviyyəsində.
-Telekommunikasiya və ofis avadanlığından düzgün istifadə qaydaları.
-Yüksək səviyyədə nitq qabiliyyəti və təqdimat bacarığı.
-Dəqiq, intizamlı və işinə qarşı məsuliyyətli olmaq.
-Bu sahə ilə bağlı minimum 1 il iş təcrübəsi tələb olunur. Təhsil və ya təlim şirkətlərində təcrübə üstünlükdür.
-Səmimi, gülərüz, ünsüyyətcil olmalıdır.
-Problemləri həll etmək bacarığı.
-Dinləmə və informasiyanı şərh etmək bacarığı.
-Vaxtın idarə edilməsi bacarığı.
-Ofis proqramlarını bilməlidir.
Əmək haqqı müsahibə əsasında təyin olunacaqdır.
BERC Academy sizə nə vəd edir?
-Əmək Məcəlləsinə uyğun sənədləşmə.
-Rəqabət qabiliyyətli əmək haqqı.
-Korporativ nömrə və danışıq paketi.
-Təlim və kurslardan endirimli yararlanmaq imkanı.
Qeyd olunan tələblərə uyğun gələn namizədlərdən öz CV -lərini 31.07.2022-ci il tarixinədək [email protected] elektron ünvanına mövzu yerinə “qeydiyyatçı menecer” vəzifəsi yazaraq göndərmələri xahiş olunur.
Yalnız seçilmiş namizədlər müsahibəyə dəvət olunacaqlar.
Vakansiyalar
- 1 ay, 1 həftə, 3 gün, 10 saat, 31 dəq
-
1 ay, 3 həftə, 1 gün, 6 saat, 2 dəq
PAŞA Bank “Techo” layihəsi ilə İT sahəsinin ekspertlərini komandasına qoşulmağa çağırır
- 1 ay, 3 həftə, 5 gün, 14 saat
- 2 ay, 13 saat, 50 dəq
- 2 ay, 13 saat, 53 dəq