Badamlı şirkətinə ofis meneceri tələb olunur
İşəgötürən: Badamlı
Vakansiya: Ofis menecer
Son tarix: 07 may 2022
İş barədə məlumat:
-Ofis xidmətlərinin təmin edilməsi və nəzarətdə saxlanılması
-Görüşlərin və tədbirlərin təşkili, müvafiq təqvimlərin tutulması
-Telefon zənglərinin qəbulu və qeydiyyatının aparılması
-Müxtəlif kanallardan daxil olan bütün yazılı və şifahi müraciətlərin qeydiyyatının aparılması və nəticələrinin izlənməsi
-GPS sistemdən müvafiq hesabatların alınması və izlənməsi
-Sənəd dövriyyəsinin təşkili və reyestrinin aparılması
-Talonların hazırlanması, işçilərə təqdiminin və hesabatlılığının təmini
-Poçt, e-poçt və kuryerlə sənədlərin göndərilməsinin təmini
-Elanların və anonsların yerləşdirilməsi
-Qonaqların və namizədlərin qarşılanması, yönləndirilməsi və qeydiyyatının aparılması
-Rəhbərliyə və qonaqlara çay, su, kofe verilməsi
-Ofis üzrə aylıq dəftərxana ləvazimatları ehtiyaclarının müəyyənləşdirilməsi və tələbin müvafiq bölməyə göndərilməsi
-Ofisin inzibati işlərinə nəzarət və problemlər haqqında məlumatın vaxtında təqdim edilməsi
-İşi ilə bağlı müvafiq periodik hesabatların hazırlanması və rəhbərliyə təqdim edilməsi
-İş qrafiki: həftənin 1-6 günləri
-İş saatı: 09:00 – 18:00, 6-cı gün qısa iş günü
-Əmək haqqı: 500 AZN
Namizədə tələblər:
-Ali təhsil
-Sahə üzrə minimum 1 il iş təcrübəsi
-Mükəmməl səviyyədə Azərbaycan dili və səlis nitq qabiliyyəti
-MS Office proqramlarında yaxşı səviyyədə işləmə bacarığı
-Kargüzarlığın aparılması üzrə bilik və təcrübə
-İdarəetmə, kreativlik, komandada və operativ işləmə bacarıqları
-İcraçılıq, məhsuliyyət, detallara diqqət və öyrənmə istəyi vacibdir
Tələblərə uyğun namizədlərdən CV-lərini “Ofis menecer” başlığı altında [email protected] e-ünvanına göndərmələri xahiş olunur.
Xanım namizədlərə üstünlük veriləcək.
Vakansiyalar
-
21 saat, 57 dəq
Discovering the Globe of VIP Online Casinos: An Exclusive Experience
-
22 saat, 53 dəq
Erkunden der Welt neuer Online-Glücksspielunternehmen: Ein umfassender Leitfaden
- 2 gün, 19 saat, 35 dəq
- 2 gün, 19 saat, 38 dəq
- 2 gün, 20 saat, 14 dəq