Badamlı Marketinq meneceri axtarır (Naxçıvan MR)

İşəgötürən: Badamlı
Vakansiya: Marketinq menecer (Naxçıvan MR)
Son tarix: 13 iyun 2022
Namizədə tələblər:
-Ali iqtisadi təhsil
-Marketinq və ya biznes idarəçiliyi sahəsində təhsili olanlara üstünlük veriləcək
-Müvafiq sahədə ən az 5 il iş təcrübəsi
-Marketinq və bazar araşdırmaları üzrə yüksək səviyyədə bilik və bacarıqlar
-Yüksək səviyyədə liderlik və idarəetmə bacarıqları
-Mükəmməl səviyyədə ünsiyyət qurma, təqdimat və danışıqlar aparma bacarıqları
-Azərbaycan dilində səlist nitq qabiliyyəti
-Danışıq səviyyəsində Rus və İngilis dili
İş barədə məlumat:
-Şirkətin marketinq strategiyasının hazırlanması və tətbiqi
-Şirkət üzrə marketinq fəaliyyətinin təşkili, digər bölmələrlə koordinasiyanın təmini
-Şirkət brendinin davamlılığı və müştəri loyallığının təmini istiqamətində təklifklər vermək, görülən işlərdə bilavasitə iştirak etmək
-Müvafiq networkingin təmin edilməsi, işgüzar tədbirlərdə şirkətin təmsili
-KİV-lərlə işgüzar əlaqələrin yaradılmasl və mediaplanlamada iştirak
-Marketinq büdcəsinin müəyyənləşdirilməsi və səmərəli idarə edilməsi
-Marketinq və bazar araşdırmalarının aparılması, mövcud statistikaların analizi və aktuallığının nəzarətdə saxlanılması, təkliflərin verilməsi və tətbiqinin planlanması
-Şirkətin reklam aktivliyinin monitorinqi, effektivliyinin analizi və hesabatlılığın təmini
-Məhsul portfelinin, qiymət siyasətinin və satış kanallarının fəaliyyətinin optimallaşdırılması üzrə təkliflərin verilməsi
-Kampaniya təkliflərinin verilməsi, effektivlıiyinin analizi
-Şirkətdaxilində brend stilinin tətbiqinin təşkili və təmini
-Marketinq materiallarının təmin edilməsi (reklam, promo, print və s.)
-Tədarükçülərin seçimi və qiymətləndirilməsi üçün sorğu üzrə müqayisə cədvəllərinin hazırlanması və rəhbərliyə təqdim edilməsi
-Marketinq hesabatlılığının təmin edilməsi
İş yeri: Naxçıvan MR, Badamlı qəsəbəsi
Əmək haqqı: Müsahibə zamanı bilik və bacarığa görə müəyyən olunacaq
Tələblərə uyğun namizədlərdən CV-lərini “Marketinq menecer” başlığı altında [email protected] e-ünvanına göndərmələri xahiş olunur.
Vakansiyalar
- 1 gün, 22 saat, 24 dəq
- 1 gün, 22 saat, 26 dəq
- 1 gün, 22 saat, 28 dəq
- 1 gün, 22 saat, 31 dəq
- 1 gün, 22 saat, 35 dəq