AzRT MMC satış meneceri axtarır

Menecer


İşəgötürən: AzRT MMC

Vakansiya: Satış meneceri

Son tarix: 01 yanvar 2023

Vəzifə öhdəlikləri:

-Korporativ müştərilərlə əlaqələr quraraq, şirkətin xidmətlərinə dair tanıtımlar etmək, yeni müştərilər tapmaq, onlarla birbaşa əlaqə quraraq xidmətlər haqqında məlumat vermək

-Cəlb edilmiş müştərilər ilə daim ünsiyyətdə olmaq, şirkətin məhsulları haqqında məlumat vermək;

-Şirkətin potensial və bütün müştərilərinin izlənməsi, məlumatların yenilənməsini həyata keçirmək;

-Müştəridən gələn sorğuları analiz etmək və qiymət təklifi hazırlamaq;

-Bazarın təhlilini, korporativ müştəri haqqında informasiyanın toplanılmasını və yeni müştərilər ilə əlaqənin qurulmasını təmin etmək

-İnternet və digər kanallar üzərindən potensial müştəri və tender axtarışını təmin etmək

-Mövcud müştəri bazasının inkişaf etdirilməsi və möhkəmləndirilməsi;

-Məhsul və xidmətləri müştərilərə tanıtmaq;

-Təyin edilmiş satış hədəflərinə çatmaq üçün şirkət strategiyasına uyğun bir şəkildə çalışmaq, satış və təyin edilmiş hədəflərə çatmaq;

-Müştərilərlə düzgün ünsiyyətin qurulması, suallarının əsaslandırılmış formada cavablandırılması, məhsulun keyfiyyəti, tərkibi və digər fərqləndirici xüsusiyyətləri barədə məlumat vermək;

-Satışın stimullaşdırılması üçün təkliflər vermək;

-Soyuq zənglər və yerində görüşlər vasitəsi ilə yeni müştərilər cəlb etmək;

Namizədə tələblər:

-Ali təhsil;

-Satış meneceri üzrə ən az 2 il iş təcrübəsi ( it sahəsində satış meneceri təcrübəsi olanlara üstünlük veriləcək )

-Korporativ ünsiyyət bacarıqları

-İT biliklər (MS Office proqramlarını bilməli)

-Satış sahəsinin nəzəri və praktiki bilikləri.

-Azərbaycan və rus dilində səlis danışıq, ingilis dili biliyi arzuolunandır ;

-Yaş: 22-35;

-Daima özünü inkişaf etdirmək və biliklərini artırmaq;

-Fikrini düzgün şəkildə izahetmə qabiliyyəti;

-Yaranan problemli situasiyaları təhlil və həll etmə qabiliyyəti;

-Digər iş yoldaşları ilə müntəzəm koordinasiyalı çalışmaq;

-Yüksək səviyyədə yazılı və şifahi ünsiyyət bacarığı;

-Biznes danışıqları aparmaq və təqdimat bacarığı.

-Komandada işləmə bacarığı.

İş şəraiti:

-Əmək haqqı: 500 azn + Satışdan Bonuslar

-İş vaxtı: həftənin 5 günü

-AR Əmək məcəlləsinə uyğun sənədləşmə;

-Saat 09:00-dan – 18:00-dək

-İstirahət günləri: şənbə və bazar

-Ünvan: Əhməd Rəcəbli , Aztex Plaza 

Yuxarıda qeyd olunan tələblərə uyğun namizədlər mövzü yerində “Satış meneceri” qeyd edərək CV formasını [email protected] elektron ünvanına göndərməklə müraciət edə bilərlər.

Avand sosial şəbəkələrdə


©️ 2023

İş elanının dərci üçün müraciət edin

[email protected]