AzProduct ofis meneceri axtarır (Receptionist)

İşəgötürən: AzProduct
Vakansiya: Ofis Menecer (Receptionist)
Son tarix: 07 avqust 2022
Vəzifə öhdəlikləri:
-Təqvimləri idarə etmək, görüşləri təşkil etmək və görüşləri səmərəli şəkildə təyin etmək;
-Ofisə yaxınlaşan qonaqları qarşılamaq, yönləndirmək, onları qəbul edəcək şəxsləri məlumatlandırmaq;
-Daxil olan zəngləri qəbul etmək və onları təyinatı üzrə istiqamətləndirmək;
-E-mail və yazışmaları həyata keçirmək, ümumi mailə gələn məktubları cavablandırmaq;
-Sənədlərin qəbulu, qeydiyyatı, aidiyyatı üzrə yönləndirmək, poçt və ya kuryer vasitəsi ilə ünvana çatdırılmasını təmin etmək (çap və skan edilməsi və s. bu kimi işlərin görülməsi);
-Sənədlərin idarə edilməsini və arxivləşdirməni təmin etmək;
-Rəhbərlik tərəfindən verilən digər tapşırıqların yerinə yetirilməsi
-Şirkətin tabeçiliyində olan şöbələrin tələbatlarına uyğun təchizatların qeydə alınması, koordinasiyası və vaxtında yerinə yetirilməsini izləmək.
-Dövlət orqanları və şirkətlərlə rəsmi yazışmaların həyata keçirilməsi və əldə olunan nəticələri müvafiq şöbə ilə koordinasiya etmək.
-Şirkətin sahəsinə uyğun olaraq – idxal, logistika, broker əməliyyatlarının vaxtında planlaşdırılması və səlahiyyətli şəxslərə məlumat verilməsi.
Kvalifikasiya:
Əsas:
-Təhsil – Ali (İqtisadiyyat, Maliyyə, Biznesin idarə edilməsi və ya əlaqəli ixtisaslar).
Arzu olunan:
-Əlaqədar sahə üzrə əlavə sertifikatlar.
Tələblər və bacarıqlar:
-Səlis Azərbaycan , ingilis, və rus dilləri;
-Kompüter bilikləri (MS Office, Outlook);
-Bakalavr dərəcəsi – İqtisadiyyat, Biznesin idarə edilməsi və ya əlaqəli ixtisaslar;
-Ofis avadanlıqları ilə işləmək bacarığı;
-Minimum 1 il korporativ mühitdə iş təcrübəsi
Əmək şəraiti:
-İş yeri: Bakı şəhəri, Şəfayət Mehdiyev küç, 129/121
-5 günlük iş rejimi;
-Əmək haqqı – müsahibə əsasında namizədin bilik və bacarıqlarına uyğun olaraq.
Təminatlar:
-Nahar ilə təmin edilmə
-Korporativ nömrə
Bu iş üçün müraciət etmək istəyirsinizsə CV-nizi “Ofis meneceri” başlığı ilə göndərə bilərsiniz.
CV-nin göndərilməsi üçün e-mail: [email protected]
Vakansiyalar
- 6 saat, 57 dəq
- 7 saat, 2 dəq
- 7 saat, 5 dəq
- 7 saat, 9 dəq
- 7 saat, 16 dəq