AzProduct ofis meneceri axtarır (Neftçala)

Menecer


İşəgötürən: AzProduct

Vakansiya: Ofis menecer (Neftçala)

Son tarix: 09 oktyabr 2022

Vəzifə öhdəlikləri: 

-Daxil olan telefon zənglərinin cavablandırılması, aidiyyəti şəxslərə yönləndirməsi;

-Ofis üçün zəruri dəftərxana ləvazimatları, istehlak materialları və digər inventar əşyaları ilə təmin etmək;

-Qonaqların qarşılanması və aidiyyatı şəxslərlə görüşünü təşkil edilməsi;

-Şirkətin müəyyənləşdirdiyi korporativ yazışma etikası əsasında şirkətdaxili, ölkədaxili yazışmaların aparılması;

-Qəbul edilən və göndərilən sənədlərin qeydiyyatı və uçotunu aparılması;

-Dövlət və qeyri-dövlət təşkilatlarına rəsmi sənədlərin çatdırılması məqsədi ilə işlərin koordinasiya edilməsi;

-Müəssisə direktorunun iş qrafikinə uyğun iş planının hazırlanması, gündəliyinin tutulması (görüşlər, zənglər, qəbullar, iclasalar v.s.);

-Rəhbər tərəfindən keçirilən iclasların hazırlıq işlərinin aparılması (lazımi materialların toplanılması, iclasın vaxtı və yeri, gündəliyi, qeydiyyatı barədə iştirakçılara məlumat verilməsi), iclas protokollarını tərtib edilməsi, iclas iştirakçılarına email şəklində göndərilməsi və protokolların arxivlənməsi.

Bilik və bacarıqları:

-Təcrübə:1-2 il

-İnformasiya və kommunikasiya texnologiyaları (müvafiq proqram təminatı, telefon, elektron poçt, internet) və MS Office (Word, Excel) bilikləri;

-Azərbaycan dili sərbəst, rus və ingilis dil biliyi arzuolunandır;

-Yüksək səviyyədə yazılı və şifahi ünsiyyət bacarığı;

-Kollektivlə işləmə bacarığı;

-Təhlil və problemləri həll etmək bacarığı;

-Effektiv təşkilati bacarıqlar;

-Faylların idarə edilməsi sistemlərini yaratmaq;

-Arxiv sənədlərini təhlükəsiz şəkildə saxlamaq və məxfiliyə riayət etmək.

İş şəraiti:

-İş günləri: I-V günlər;

-İş saatı: 09:00-18:00;

-Nahar şirkət tərəfindən verilir.

İş yeri:  Neftçala rayonu, Sənaye məhəlləsi

Şirkət Netçala rayonunda yerləşdiyi üçün üstünlük həmin bölgədən olan namizədlərə veriləcək. 

Qeyd olunan göstəricilərə cavab verən namizədlərdən öz CV-lərini mövzu hissəsində “Ofis menecer” qeyd etməklə [email protected] elektron ünvanına göndərmələri xahiş olunur.

Avand sosial şəbəkələrdə


©️ 2023

İş elanının dərci üçün müraciət edin

[email protected]