AZCD Group QSC insan resursları üzrə menecer axtarır

İşəgötürən: AZCD Group QSC
Vakansiya: İnsan Resursları üzrə Menecer
Son tarix: 15 noyabr 2022
Vəzifə öhdəlikləri:
-İnsan Resursları standartlarının, İnsan Resurslarının idarə edilməsi ilə bağlı qaydaların (prosedur, siyasət və s) tərtibi və onun icrasına nəzarət etmək;
-İR strategiyasının hazırlanması və hayata keçirilməsində iştirak etmək;
-İR büdcəsinin hazırlanması və icrasına nəzarət etmək;
-İşçi ehtiyacına olan tələbin müəyyənləşdirilməsi, insan qaynaqlarının seçilməsi və yerləşdirilməsi üzrə işin təşkili;
-İşəqəbul və oriyentasiya planının hazırlanması, işəqəbulun həyata keçirilməsi, plana uyğun olaraq yeni işçinin oriyentasiya olunması, sınaq müddətində izlənməsi işinin təşkili;
-Bonus, kompensasiya və motivasiya sisteminin qurulması və tətbiq olunması;
-Əmək fəaliyyətin qiymətləndirilməsi sisteminin qurulması və həyata keçirilməsi;
-Vəzifələr üzrə kateqoriyaların və səriştəlilik tələblərinin müəyyən olunması;
-Əməkdaşların performans qiymətləndirilməsinin təşkil edilməsi və bu istiqamətdə yeni təkliflərin irəli sürülməsi;
-Əmək fəaliyyətin qiymətləndirilməsi nəticələrinə əsasən əməkdaşların təlim ehtiyaclarının müəyyən olunması, təlim planının işlənib hazırlanması, rəhbərliyin təsdiqindən sonra planın yerinə yetirilməsinin təmin ediməsi;
-İşçi axınının səbəblərinin araşdırılması və aradan qaldırılması üçün tədbirlər planını işləyib hazırlanması və həyata keçirilməsi;
-Bütün vəzifələr üzrə vəzifə təlimatlarının hazırlanmasının təmin olunması;
-Məzuniyyət qrafiklərinin, işəqəbul, xitam, məzuniyyət, ezamiyyə və s. əmrlərin və digər sənədləşmə işlərinin qanunvericiliyə uyğun tərtib edilməsinə nəzarət;
-www.emas.sosial.gov.az və www.isb.az əmək münasibətləri və məşğulluq altsistemi həmçinin icbari sığorta sistemi üzrə əməliyyatların Əmək məcəlləsinin tələblərinə uyğun olmaqla icrası;
-Rəhbərliyə və dövlət orqanlarına aylıq, rüblük, yarımillik və illik hesabatların hazırlanması və təqdim olunması.
Namizədə olan tələblər:
-Ali Təhsil;
-Əlaqədar sahə üzrə minimum 5 il iş təcrübəsi;
-Vaxtı idarə etmə qabiliyyəti;
-Mükəmməl ünsiyyət bacarıqları, şəxslərarası əlaqə qurma və müştərilərə xidmət göstərmə qabiliyyəti;
-Rus və İngilis dilində ünsiyyət qura bilmə bacarığı;
-Aydın və peşəkar dildə işçi heyəti ilə ünsiyyət qurmaq.
-Büdcə və risklərin idarə olunması ilə bağlı təcrübə;
-Telefon, elektron poçt və yazılı formada tapşırıqların icrası ilə bağlı verilmiş tələbləri cavablandırmaq.
-Azərbaycan dilində yüksək effektiv şifahi və yazılı ünsiyyət qurma, o cümlədən fəal dinləmə, tapıntıların təkliflərin təqdim edilməsi bacarığı;
-Microsoft Office və digər proqramlar;
-Əmək qanunvericiliyi;
-Güclü komputer bilikləri: Microsoft Suite və 1 C 8.3 version;
-Riskin idarə edilməsi, nəzarət mexanizmlərin və müasir nəzarət strukturları barədə müəyyən edilmiş praktik biliklər;
Üstünlük verilir:
-İnsan Resursları və İdarəetmə sahələri üzrə diplom;
-SHRM, PHR CIPD APHR olması;
-Daimi təhsil alma imkanları.
İşəqəbul prosesinin növbəti mərhələsi üçün yalnız seçilmiş namizədlərlə əlaqə saxlanılacaq.
Əmək haqqı: 1700-2000 AZN
Yuxarıda qeyd olunan tələblərə uyğun namizədlərdən mövzu yerində “İnsan Resursları üzrə Menecer” qeyd edərək [email protected] elektron ünvanına Resume göndərməniz xahiş olunur.
Vakansiyalar
- 1 gün, 17 saat, 24 dəq
- 5 gün, 17 saat, 14 dəq
- 5 gün, 17 saat, 17 dəq
- 6 gün, 10 saat, 32 dəq
- 6 gün, 11 saat, 14 dəq