“AVVA” geyim mağazası işçilər axtarır

Menecer


“AVVA” “Mağaza meneceri” vəzifəsi üzrə vakansiya elan edir.

1.Vakansiya: Mağaza meneceri

-İşəgötürən:  “AVVA”

 – Maaş : 700 AZN

– Şəhər –  Bakı

-Yaş- 27 – 40 yaş

-Təhsil- Natamam ali təhsil (bakalavr), Orta və ya orta ixtisas təhsili

-İş təcrübəsi- 3 il

-Elanın bitmə tarixi- Sentyabr 22, 2022

-E-mail- [email protected]

Vəzifə öhdəlikləri:

-Personalın öz vəzifə təlimatlarının və digər daxili normativ sənədlərin tələblərini dəqiq yerinə yetirmələrini təşkil etmək və nəzarət etmək;

-Müştərilərdən daxil olan hər bir informasiyaya operativ reaksiya vermək və səlahiyyətləri daxilində həll etmək;

-Alıcılara keyfiyyətli xidmətin təşkil olunmasına nəzarət etmək;

-Mağaza heyəti tərəfindən müştəri məmnuniyyətinin təmin edilməsinə nəzarət etmək;

-Mağazanın fəaliyyətinə aid hesabatların təqdim edilməsi;

-Mağaza çalışanlarına düzgün satış strategiyasını öyrətmək və gündəlik təlimatlandırmaq;

-Mağazada xidmət standartlarının həyata keçirilməsi;

-Personala rəhbərlikdən alınan əmr və göstərişləri çatdırmaq və icrasına nəzarət etmək;

-Personalın daxili nizam-intizam qaydalarına əməl etmələrinə nəzarət etmək;

-Mağazanın fəaliyyətini itki və xərclərin azaldılması hesabına optimallaşdırmaq;

Namizədə tələblər:

-İş təcrübəsi: Sahə üzrə 3 ildən çox

-Yaş 27 – 40

-Ali təhsil arzu olunandır

-Yüksək təşkilati bacarıqları (idarəçilik qabiliyyəti, məqsədyönlülük, yaradıcı yanaşma və s.)və məsuliyyətli olmalı

-Satış texnikası və prinsiplərini bilmək

-Alıcılara keyfiyyətli xidmət standartlarını, xidmətin təşkili metodlarını bilmək

-İşgüzar davranış etikası

-Xoşgörünüşlü

-Azərbaycan dili (əla), rus dili, ingilis dili və ya digər xarici dil bilikləri arzu olunandır

-Kompüter bilikləri

İş rejimi və əmək haqqı:

-Həftədə 6 gün, iş qrafiki növbəlidir

-700AZN və satışdan faiz

-AR Əmək Qanunvericiliyinə uyğun rəsmiləşmə

Göstərilən tələblərə uyğun namizədlər öz CV-lərini [email protected] elektron ünvanına göndərə bilərlər. Müraciət etdiyiniz vəzifənin adını email-in mövzu hissəsində “Mağaza meneceri” şəklində göstərməyini xahiş olunur. Əks təqdirdə belə müraciətlilərin namizədliyinə baxılmaya bilər. Həmçinin bildirmək istərdik ki işə qəbul prosesinin növbəti mərhələsi üçün yalnız seçilmiş namizədlərlə əlaqə saxlanılacaqdır.

2. Vakansiya – Satış məsləhətçisi

Avva Satış məsləhətçisi (xanım və bəy namizədlər) vəzifəsi üzrə vakansiya elan edir.

-İşəgötürən:  “AVVA”

 – Maaş : 450 AZN

– Şəhər –  Bakı

-Yaş- 27 – 40 yaş

-Təhsil- Orta və ya orta ixtisas təhsili

-İş təcrübəsi- 6 il

-Elanın bitmə tarixi- Sentyabr 22, 2022

-E-mail- [email protected]

Vəzifə öhdəlikləri:

-Mağazada mövcud olan hər bir məhsul çeşidi haqqında məlumatlı olmaq

-Müştəriləri brend, məhsul çeşidi haqqında məlumatlandırmaq və məhsul seçimində köməklik etmək

-“Müştəri xidmətləri” standartlarına uyğun xidmət göstərmək

-Mağazada məhsulun bütün çeşidlərinin mövcudluğuna nəzarət etmək

-Şirkət daxili nizam-intizam qaydalarına əməl etmək;

Namizədə tələblər:

-Aidiyyatı sahə üzrə 3 il iş təcrübəsi

Müştərilərlə işləmək qabiliyyəti

-Azərbaycan dili (əla), rus dili (əla), ingilis dili və ya digər xarici dil bilikləri arzu olunandır

-Ünsiyyətcil, təşəbbüskar

-Komandada işləmək bacarığı

-Nəzakətli, xoş görünüşlü və məsuliyyətli

-İşdə dəqiqlik və detallara fikir vermə qabiliyyəti

İş rejimi və əmək haqqı:

-Həftədə 6 gün, iş qrafiki növbəlidir

-450AZN və satışdan yüksək faiz

-AR Əmək Qanunvericiliyinə uyğun rəsmiləşmə

Göstərilən tələblərə uyğun namizədlər öz CV-lərini [email protected] elektron ünvanına göndərə bilərlər.

Müraciət etdiyiniz vəzifənin adını email-in mövzu hissəsində “Satış məsləhətçisi” şəklində göstərməyiniz xahiş olunur. Əks təqdirdə belə müraciətlilərin namizədliyinə baxılmaya bilər. Həmçinin bildirmək istərdik ki, işə qəbul prosesinin növbəti mərhələsi üçün yalnız seçilmiş namizədlərlə əlaqə saxlanılacaqdır.

Avand sosial şəbəkələrdə


©️ 2023

İş elanının dərci üçün müraciət edin

[email protected]