Ateshgah Sigorta sığorta məsləhətçiləri qrupunun meneceri axtarır (Şəki, Zaqatala)

Menecer

ateshgah sigorta


İşəgötürən: Ateshgah Sigorta

Vakansiya: Sığorta Məsləhətçiləri qrupunun meneceri (Şəki, Zaqatala)

Son tarix: 04 sentyabr 2022

Namizədə tələblər:

-Yaş: 23-40 

-Cinsi: kişi və ya qadın

-Təhsil: Ali və ya orta texniki

-İş təcrübəsi: 1 il sığorta sahəsində iş təcrübəsi olana üstünlük verilir.

-Dil bilikləri: Azərbaycan (əla), Rus (əla)

-Yaşayış yeri – Şəki , Zaqatala

-Kompüter bilikləri: MS Office (Word, Excel, Power Point) yaxşı səviyyədə bilməsi

Şəxsi keyfiyyətlər: 

-Müxtəlif düşüncə və dünya görüşünə malik olan insanlarla ünsiyyət qurmaq bacarığı

-Fikrini dəqiq, lokanik və özünə əminliklə təqdim etmə bacarığı

-Təmkinli, stressədavamlı, biznes etikaya riayət etmək bacarığı

-Yeni bilik və bacarıqları özündə inkişaf etdirmək həvəsi

-Komandanın bir üzvü olmaq üçün, yeni iş mühitinə və kollektivə tez uyğunlaşmaq bacariğı

Əsas vəzifə öhdəlikləri:

-Sığorta məsləhətçiləri ilə işin qurulması və komandanın idarə edilməsi

-Sığorta məsləhətçilərinin fəaliyyətini planlaşdırmaq;

-Satış planının yerinə yetirilməsini təmin etmək;

-Yeni sığorta agentlərinin axtarışını və seçimini həyata keçirmək;

-Birbaşa rəhbərin digər xidməti tapşırıqlarını yerinə yetirmək.

İş şərtləri:

-Əmək müqaviləsi bağlanılır

-İş vaxtı 09:00 – 17:30

-İş günü 5/2

-Namizədin yaşayış yerinə uyğun olaraq Şəki və ya Zaqatala filialında  iş yeri

-Əmək haqqı (gross məbləğ): 442 – 556 AZN 

Məlumatlandırıcı qeydlər:

-Zəhmət olmasa, CV formanızı göndərmədən öncə iş elanı ilə ətraflı tanış olun

-CV formanızın Word və yaxud PDF formatında hazırlanması məqsədə uyğundur.

-Məktubun mövzu bölməsində, vakansiyanın adını mütləq qeyd edin

-CV forması göndərmədən öncə vakansiya üçün vacib dəyərləndiriləcək şəxsi keyfiyyətlərlə tanış olun və müsahibə zamanı bu keyfiyyətləri nümayiş etdirə biləcəyinizə əmin olun

-İşə qəbul prosesinin növbəti mərhələsi üçün yalnız seçilmiş namizədlərlə əlaqə saxlanılacaq

Maraqlananlar öz CV formalarını göndərə bilər. Məktubun mövzusunda  (məktubun mövzu bölməsində, vakansiyanın adını “Sığorta Məsləhətçiləri qrupunun meneceri (Şəki, Zaqatala)” qeyd etmək mütləqdir 

CV-nin göndərilməsi üçün e-mail: [email protected]


©️ 2022

070 231 45 70

[email protected]