“Aşbaz köməkçisi / Salatçı” tələb olunur

“ARİON Hotel Baku 5*” mehmanxanası “Aşbaz köməkçisi/Salatçı” vəzifəsi üzrə işçi axtarışı elan edir:
Tələblər:
– Təhsili: orta ixtisas , müvafiq sahə üzrə sertifikatların olması üstünlükdür;
– Dil bilikləri: Azərbaycan (əla);
– Müvafiq vəzifə üzrə 2 il təcrübə;
– Müxtəlif növ salatların hazırlanmasını bacarmalı;
– Komanda ilə işləmək bacarığı;
-Fəal, məsuliyyətli, punktual;
Vəzifə öhdəlikləri:
– Hazırlanan yeməklərin keyfiyyətli olmasını, onların tələb olunan standartlara cavab verməsini təmin etmək;
– Təsdiq olunmuş menyuya və yazılı resepturaya əsasən yeməklərin hazırlanması;
– Məhsulları və onların müddətini daim nəzarətdə saxlamalı;
– Gündəlik yeməklərin hazırlanmasında köməklik etmək və yeməklərin tədarükünü öncədən hazırlamaq;
– Hazırlanan yeməklərin keyfiyyətli və sağlam olmasını, onların tələb olunan gigiyenik standartlara cavab verməsini təmin etmək;
– Komandanın bir üzvü kimi çalışmaq və lazım olduqda köməyə ehtiyacı olan əməkdaşlara dəstək olmaq;
– Qida gigiyena qaydalarına ciddi riayət etmək;
İş şəraiti:
– İş yeri: Bakı şəhəri, Əhməd Rəcəbli 33/1;
– 6/7 iş qrafiki, iş rejimi: 14:00/23:00;
– Qidalanma mehmanxana tərəfindən təmin edilir;
– Ə/h 700azn + service charge;
Göstərilən tələblərə cavab verən namizədlər öz CV-lərini mövzu hissəsində
“Aşbaz köməkçisi/Salatçı” qeyd edərək [email protected] elektron poçt ünvanına göndərə bilərlər.
Vakansiyalar
- 20 saat, 26 dəq
-
21 saat, 10 dəq
Mebel istehsalı üzrə nəzarətçi tələb olunur- MAAŞ 1500 MANATADƏK
-
22 saat, 1 dəq
“Büdcə və proqnozlaşdırma üzrə aparıcı mütəxəssis” tələb olunur
-
22 saat, 15 dəq
“Çilingər” (Yük maşınları, texnika və avtomobil üzrə) tələb olunur
-
22 saat, 52 dəq
Satış sahəsində sənədlərlə iş təcrübəsi olan köməkçi axtarılır