Aqrar İnnovasiya və Təchizat Şirkəti satış təmsilçisi axtarır (Şəki)

İşəgötürən: Aqrar İnnovasiya və Təchizat Şirkəti
Vakansiya: Satış təmsilçisi (Şəki)
Son tarix: 14 iyul 2022
Tələblər:
-Orta təhsil (Ali təhsil üstünlükdür))
-İş təcrübəsi 1-2 il
-Azərbaycan dilində səlis şifahi və yazılı ünsiyyət qurmaq bacarığı
-Komandada və sərbəst işləmək bacarığı
-Microsoft Office proqramlarında işləmək bacarığı;
-Məsuliyyət, dəqiqlik, düzgünlük və etibarlılıq kimi müsbət göstəricilərə sahib olmaq.
Əmək funksiyaları:
-Şirkətin satış həcminin artırılmasına dəstək və lazım olduqda müştərilər ilə görüşlərin keçirilməsi;
-Gübrələrin, toxumların və aqrokimyəvi maddələrin satışının həyata keçirilməsi;
-Yüksək səviyyədə müştəri xidmətinin təmin olunması;
-Satış üzrə müvafiq axtarışların aparılması, sorğuların cavablandırılması;
-Rəhbərliyin verdiyi tapşırıqlarının vaxtında və düzgün yerinə yetirilməsi
-Satış nöqtələrində, anbarlarda qaliqlarin təmin edilməsində və mütamadi yoxlanılması və nəticələrin düzgünlüyünə nəzarət edilməsi;
-Debitor borcların toplanmasının təmin edilməsi;
-Satış nöqtələrinə yerində baxış keçirilməsinə və fəaliyyətlərinin düzgün qiymətləndirilməsinə təşkil etmək
-Satış nöqtələrinə yerində baxış keçirmək və fəaliyyətlərini qiymətləndirmək
-Satış proseslərinin reallaşdırılması və şirkətin müəyyən etdiyi kompaniyaların düzgün keçirilməsinin təmin edilməsi
-Satış nöqtələrində olan malların hərəkətinə nəzarət etmək və məsuliyyət daşımaq;
-Birbaşa tabe olduğu Bölgə müdirinə hər günün sonunda gördüyü işlər barəsində məlumat və hesabat vermək;
-Satış nöqtəsinin anbarındakı Şirkətə məxsus məhsulların varlığına nəzarət etmək;
-Təhkim olunmuş ərazidə nəzarətində olan satıcı anbardarların avadanlıqların düzgün istifadə edilməsi və satışın düzgün keçirilməsi ilə əlaqədar təlimat vermək;
-Anbarlarda malların düzgün formada yerləşdirilməsi və düzülüşünə nəzarət etmək;
-Bölgə rəhbəri tərəfindən rutların hazırlanmasında iştirak edərək rut çədvəldə təyinatı üzrə anbarlarla vizitin təmin olunması və sayımın sistem üzərindən keçirilməsini həyata keçirmək;
-Hər hansı bir neqativ halların baş verməsinin qarşısını almaq və belə hallar baş verdikdə vaxtında şirkətin audit şöbəsini və birbaşa struktur rəhbərini məlumatlandirmaq
-Bazarda baş verən hər hansı dəyişkilklər barədə rəhbərliyi məlumatlandırmaq.
6 günlük iş qrafiki
Əmək haqqı 500 AZN(net)+KPİ
Yuxarıda qeyd olunan tələbləri qarşılayan namizədlərdən müraciət üçün öz yenilənmiş CV-lərini [email protected] email adresinə mövzu hissəsində “Satış təmsilçisi” qeyd etməklə göndərmələri tələb olunur.
Vakansiyalar
- 6 saat, 21 dəq
- 4 gün, 10 saat, 23 dəq
- 4 gün, 16 saat, 4 dəq
- 4 gün, 16 saat, 8 dəq
- 4 gün, 16 saat, 14 dəq