Appolon Group ofis meneceri axtarır
İşəgötürən: Appolon Group
Vakansiya: Ofis meneceri
Son tarix: 23 oktyabr 2022
İşin təsviri:
-Ofisə yaxınlaşan qonaqları qarşılamaq, yönləndirmək, onları qəbul edəcək şəxsləri məlumatlandırmaq
-Daxil olan zəngləri qəbul etmək və onları təyinatı üzrə istiqamətləndirmək
-E-mail və yazışmaları həyata keçirmək, ümumi mailə gələn məktubları cavablandırmaq
-Sənədlərin qəbulu, qeydiyyatı, aidiyyatı üzrə yönləndirmək, poçt və ya kuryer vasitəsi ilə ünvana çatdırılmasını təmin etmək (çap və skan edilməsi və s. bu kimi işlərin görülməsi)
-Sənədlərin tamlığına, sənəd dövriyyəsinə nəzarət, düzgün təsnifləşdirilməsi, çeşidlənməsi, qeydə alınması və düzgün arxivləşdirilməsini təmin etmək (Kargüzarlıq işlərini aparmaq)
-Şirkət üçün tələb olunan malların və ləvazimatların təmin edilməsi üçün sifariş blankalarının hazırlanaraq müvafiq təchizatçılara yönləndirmək və alışını təmin etmək
-Ofis üçün alınan təsərrüfat və ərzaq mallarının sifarişinə və düzgün alınmasına nəzarət etmək
-Ofis daxili inzibati işlərin görülməsini təşkil etmək və ofisin təmizliyinə nəzarət etmək
-İşlərin prosedur və təlimatlara uyğun şəkildə təşkil edərək icra etmək
-Rəhbərlik tərəfindən verilən tapşırıqların icrası;
Tələblər:
-Ali təhsil üstünlükdür
-Yaş həddi: 22-35 yaş
-Müvafiq sahədə iş təcrübəsi
-Sənədləşdirmə və yazışma işlərini bacarmalı
-Kollektivdə işləmək bacarığı
-Dil bilikləri: Azərbaycan dili, ingilis dili (vacibdir) və rus dili
-Kompüter bilikləri: Ofis proqramları – Word, Excel, Outlook
-Ofis avadanlıqları ilə işləmək bacarığı
-Səliqəli , xarici görünüş, nəzakətli danışıq, intizamlı və işinə qarşı məsuliyyətli olmaq
İş şəraiti:
-AR Əmək Məcəlləsinə əsasən rəsmiləşdirmə
-Ə/h: 500-600 AZN
-5 günlük iş həftəsi (08:00 – 17:00).
-Transport şirkət tərəfindən müəyyən nöqtədən təşkil olunur
Vakansiyaya müraciət üçün CV-nizi “Ofis meneceri” mövzusu ilə [email protected] email ünvanına göndərməyiniz xahiş olunur.
Vakansiyalar
-
1 gün, 23 saat, 9 dəq
Discovering the Globe of VIP Online Casinos: An Exclusive Experience
-
2 gün, 5 dəq
Erkunden der Welt neuer Online-Glücksspielunternehmen: Ein umfassender Leitfaden
- 3 gün, 20 saat, 47 dəq
- 3 gün, 20 saat, 50 dəq
- 3 gün, 21 saat, 26 dəq