AMO Group ofis meneceri axtarır

Menecer


İşəgötürən: AMO Group

Vakansiya: Ofis Meneceri

Son tarix: 01 iyul 2022

Vəzifə öhdəlikləri:

-Gələn zəngləri qəbul etmək və onları təyinatı üzrə istiqamətləndirmək,şirkətin yenilənmiş telefon siyahısını saxlamaq;

-Rəhbərliyin tapşırıqlarını operativ və məsuliyyətli şəkildə icra etmək;

-E-mail və yazışmaların həyata keçirilməsi, ümumi mailə gələn e-maillərin cavablandırılması;

-Bütün elektron sənədlərin düzgün şəkildə alınmasını və yerləşdirilməsini təmin etmək;

-Ofisə gələn qonaqları qarşılanması, yönləndirilməsi, onları qəbul edəcək şəxsləri məlumatlandırmaq və bütün qonaqlara onların təyinatı ilə bağlı hər hansı gecikmə və ya problem barəsində bildirmək;

-Bütün qonaqlara xüsusi diqqətlə yanaşmaq və onlara yüksək keyfiyyətli xidmət, diqqət və yardımının göstərilməsini təşkil etmək;

-Sənədlərin tamlığına, sənəd dövriyyəsinə nəzarət, düzgün təsnifləşdirilməsi, çeşidlənməsi, qeydə alınması və düzgün arxivləşdirilməsini təmin etmək;

-Sənədlərin qəbulu, qeydiyyatı, aidiyyatı üzrə yönləndirilməsi, poçt və ya kuryerlə göndərilməsi;

-İşlərin prosedur və təlimatlara uyğun təşkil edərək icra etmək;

-Daxil və xaric olan informasiyanın konfedensiallığının qorunması;

-Ofis üçün tələb olunan ləvazimatların təmin edilməsi üçün müvafiq şirkətlərlə əlaqə saxlamalı və bütün dəftərxana ləvazimatları və zəruri avadanlıqlarla təmin etməli;

-Şirkətlə bağlı daxil olan informasiyanın qeydə alınması və vaxtında təyinatı üzrə həmin informasiyanın çatdırılması;

-Ofisdaxili inzibati işlər və ofisin təmizliyinə nəzarət;

-Bütün elektron sənədlərin düzgün və asanlıqla alınmasını təmin etmək, gündəlik tələb olunan sənədlərin çap və ya skan olması

Tələblər:

-Ali təhsil

-Xanım namizəd tələb olunur

-Azərbaycan , rus və ingilis dilləri yüksək səviyyədə olmalı

-Yüksək ünsiyyət qurma və komandada işləmək bacarığı

-MS Office (MS Excel, MS Word, MS Outlook) proqramlarından sərbəst istifadə qabiliyyəti

-İş təcrübəsi minimum 3 il

-Səliqəli xarici görünüş, nəzakətli danışıq , intizamlı və işinə qarşı məsuliyyətli olmalı;

-Təşkilati bacarıqlar, ünsiyyətcil və danışıq aparmaq bacarığı;

-Əmək haqqı: Müsahibə əsasında müəyyən olunacaq

-İş qrafiki : 5 günlük

-İş vaxtı: 9:00 – 18:00

Maraqlnan namizədlər CV-lərini [email protected] e-mail ünvanına mövzu hissəsinə “Ofis meneceri” qeyd edərək göndərə bilərsiniz.

Avand sosial şəbəkələrdə


©️ 2023

İş elanının dərci üçün müraciət edin

[email protected]