Dalga Beach Aquapark insan resursları üzrə baş menecer axtarır
İşəgötürən: Dalga Beach Aquapark
Vakansiya: İnsan Resursları üzrə baş menecer
Son tarix: 04 iyun 2022
Əsas vəzifə öhdəlikləri:
-İnsan Resursları əməliyyatlarının həyata keçirilməsi zamanı Azərbaycan Respublikası Əmək Məcəlləsinin tələblərini təmin etmək;
-İşə qəbul, işdən çıxış, davamiyyət, məzuniyyət, ezamiyyət, intizam tənbehləri və digər bütün əməliyyatları qanunvericiliklə müəyyən olunmuş qaydada həyata keçirmək;
-E-Gov hökümət portalı ilə bağlı əməliyyatların vaxtında yerinə yetirilməsini təmin etmək;
-Aylıq davamiyyət tabelinə nəzarət olunması və qeydiyyatının aparılması;
-İşçilərin şəxsi işlərini formalaşdırmaq, qaydaya salmaq və dəyişikliklərin müntəzəm olaraq qeydiyyatını aparmaq;
-İşçilərin icbari sığortalanmasının təmin edilməsi;
-Əmək kitabçalarının yazılması, dəyişikliklərin qeyd olunması, əmək kitabçalarının qeydiyyatı jurnallının yazılması;
-İşçilərlə bağlı aylıq hesabatların hazırlanması;
-İşə qəbul olunmuş şəxslərin əmək haqqı kartlarının sifariş olunması;
-Yeni vakansiyalar üzrə işçi axtarışı (elan yerləşdirilməsi, daxil olan CV-in analizi və seçimi), işə qəbul müsahibələrin keçirilməsi və uyğun namizədlərin adiyyatı şöbəyə yönləndirməsi;
-Məzuniyyət cədvəlini daimi nəzarətdə saxlamaq;
-Şirkətin sənəd dövriyyəsinin düzgün aparılmasını təmin etmək;
-Rəhbərliyin tapşırıqlarının keyfiyyətlə və vaxtında yerinə yetirilməsi
Tələblər:
-Ali təhsil (İnsan Resursları İdarə olunması, Menecment, İqtisadi sahələr üzrə ali təhsil arzuolunandır);
-İnsan resursları sahəsində təcrübə minimum 3-5 il
-AR Əmək Məcəlləsini və mövcud əmək qanunvericiliyini bilməli
-İnsan resurslarının idarəolunması, funksiyaları, prosedurları haqqında biliyə sahib olması;
-İşəqəbul prosesinin əsas qaydalarını bilməli;
-Ünsiyyət qurma bacarığı;
-Operativ və düzgün qərar vermək bacarığı;
-İşə məsuliyyətli yanaşmaq;
-Problemləri həll etmə bacarığı;
Vakansiya ilə maraqlanan namizədlər CV-lərini mövzu hissəsində “İnsan Resursları üzrə baş menecer” qeyd edərək [email protected] elektron poçt ünvanına göndərə bilərlər.
Vakansiyalar
- 2 ay, 2 həftə, 7 saat, 7 dəq
- 3 ay, 2 həftə, 9 saat
- 6 ay, 2 həftə, 5 gün, 3 saat, 45 dəq
-
6 ay, 4 həftə, 2 gün, 23 saat, 16 dəq
PAŞA Bank “Techo” layihəsi ilə İT sahəsinin ekspertlərini komandasına qoşulmağa çağırır
- 7 ay, 4 gün, 7 saat, 14 dəq