Şirkətə Mühafizə rəisi tələb olunur
İşəgötürən: Elmanado MMC
Müddət: 2022-02-07 – 2022-03-07
Şəhər:Bakı
Vəzifə öhdəlikləri:
- Xammalın, materıalın, avadanlığın və məhsulun müəssisəyə giriş-çıxışı zamanı sənədlərini yoxlamalı və imzaladığı hər sənədə şəxsən və şərtsiz məsuliyyət daşıyır,
- Şirkətdə istehsal olunan məhsullar qorunmalı, habelə kommersiya sirrinin qorunması naminə vaxtaşırı tədbirlər keçirilməlidir
- Müəssisədə və istehsal sahələrində reydlər kecirməli və həmin yerlərin mühafizəsini təmin edə biləcək tədbirlərin görulməsi barədə təkliflər verməlidir
- Tabeliyində olan əməkdaşlar arasında müvafiq vəzifə təlimatlarına uyğun olaraq iş bölgüsünü aparmalıdır
- Təhlükəsizlik əməkdaşlarıın gün ərzində xidməti geyimlərini, şəxsi gigiyenasını yoxlamalıdır
- Müəssisənin mülkiyyətində və istifadəsində olan ərazinin, daşınar və daşınmaz əmlakın, habelə əməkdaşlarının nəzarətini təşkil etməlidir
- Müəssisəyə buraxılış sisteminin təşkilinə və ona riayət olunmasına nəzarət etməlidir
- Öz səlahiyyətləri daxilində rəhbərlik tərəfindən verilən digər göstərişlərin icra olunmasının təmin edilməsi
Tələblər:
- İdarəçilik bacarığı
- Güclü ünsiyyət və danışıq qabiliyyəti
- Stress altında işləməyi və stres vəziyyətlərdə qərar qəbul etməyi bacarığı
- Baş verən hadisələrdə zamanında çevik və doğru qərar vermək bacarığı
Cins: kişi
- Boy 180-dən yuxarı olmalı
- Hərbi bilet mütləqdir
Dil biliyi: Azərbaycan, Rus dili arzuolunandır
İş təcrübəsi: Təhlükəsizlik xidmətinə rəhbərlik sahəsində ən azə 3 il iş təcrübəsi
İş qrafiki : Həftənin 6 günü, 1 gün istirahət
Əmək haqqı: 800 AZN
Qanunvericiliyə uyğun olaraq əmək müqaviləsi bağlanılır
İş yeri: Bakı şəhəri, Sabunçu rayonu Zabrat 2 dairəsinin yaxınlığı
CV-ləri “Mühafizə rəisi” başlığı ilə [email protected] ünvanına göndərin (məktubun mövzu bölməsində vakansiyanın adını qeyd etmək mütləqdir)
Vakansiyalar
- 2 ay, 1 həftə, 5 gün, 50 dəq
- 3 ay, 1 həftə, 5 gün, 2 saat, 43 dəq
- 6 ay, 2 həftə, 2 gün, 21 saat, 28 dəq
-
6 ay, 4 həftə, 16 saat, 59 dəq
PAŞA Bank “Techo” layihəsi ilə İT sahəsinin ekspertlərini komandasına qoşulmağa çağırır
- 7 ay, 2 gün, 57 dəq