Satış üzrə mütəxəssis tələb olunur
İşəgötürən – Kale Solution
Öhdəliklər:
Şirkətin istehsalı olan məhsulların satışını təşkil etmək;
Təyin olunan marşrut üzrə vaxtlı-vaxtında müştəriləri ziyarət etmək və sifarişlər götürmək;
Təyin olunmuş satış planlarının icrası;
Müştəri məlumat bazasının yaradılması və yeni müştərilər haqqında məlumatın vaxtında, tam və keyfiyyətli ötürülməsinin təşkili və nəzarətdə saxlanılması;
Müştərilərdən ödənişlərin toplanmasına nəzarət etmək;
Yeni məhsulların ticarət nöqtələrində təqdimatı;
Yeni müştərilərin tapılması və partnyor şəbəkəsinə daxil edilməsi;
Satışın stimullaşdırılması üçün tədbirlər görmək;
Gündəlik fəaliyyət haqqında satış müdirinə hesabat vermək;
Ümumi satış hədəfi tələblərini yerinə yetirmək;
Yüksək səviyyədə müştəri xidmətini təmin etmək;
Gündəlik, həftəlik və aylıq satış analizi aparmaq, satış hədəflərini təyin etmək və hesabat hazırlayıb rəhbərliyə təqdim etmək;
Satış sonrası müştəri məmnuniyyətinin yüksək səviyyədə təmin olunması strategiyasını yaratmaq və nəzarət mexanizmini tətbiq etmək;
Satış strategiyasını hazırlamaq, strateji planlaşdırmada iştirak etmək;
Satış həcminin artırılması yönündə təkliflər vermək;
Bazar araşdırması edib, potensial müştəriləri müəyyən və cəlb etmək;
Tələblər:
Ali təhsil;
Satış sahəsində ən azı 1-3 il iş təcrübəsi;
Satışları təhlil etmək bacarığı;
Bakı şəhərinin satış nöqtələrini yaxşı tanımalı;
Kompüterdə sərbəst işləmək bacarığı;
Yaxşı ünsiyyət və yaxşı təqdimat bacarıqlarına malik olmalı;
İnkişafa meyilli,öz üzərində işləyən;
Məsuliyyətli, dəqiq, ciddi, səliqəli olmalı
Yaş həddi 20-40 arası
Tekstil sahəsində təcrübəsi olanlara üstünlük veriləcəkdir.
Digər məlumatlar:
iş saatları: 09:00-dan 18:00-dək; Ofis Bakı şəh., Binəqədi rayonu;
6 günlük iş qrafiki; şənbə günü qısaldılmış;
Görüşlər üçün avtomobil ilə təmin edilmə;
Əmək haqqı: (bonuslar olacaq) təhsil, iş stajı və iş bacarığı nəzərə alınmaqla qarşılıqlı razılaşma əsasında müəyyən olunur.
Göstərilən tələblərə cavab verən namizədlərdən Azərbaycan dilində tərtib edilmiş CV-lərini mövzu (subject) hissəsinə “Satış üzrə mütəxəssis” adını qeyd edərək [email protected] elektron ünvanına göndərmələri xahiş olunur.
Qeyd: Bu sahədə təcrübəsi olmayanlar, yeni məzun olan tələbələr, Satış Komandamızda iştirak edə bilərlər.
Vakansiyalar
- 2 ay, 2 həftə, 2 gün, 12 saat, 11 dəq
- 3 ay, 2 həftə, 2 gün, 14 saat, 4 dəq
- 6 ay, 3 həftə, 8 saat, 49 dəq
-
7 ay, 2 gün, 4 saat, 20 dəq
PAŞA Bank “Techo” layihəsi ilə İT sahəsinin ekspertlərini komandasına qoşulmağa çağırır
- 7 ay, 6 gün, 12 saat, 18 dəq