Maliyyə analitiki tələb olunur
İşəgötürən – Nardaran İnvest
Əmək haqqı: 2500 AZN.
Vəzifə öhdəlikləri:
Accounts payable aging hesabatlarının hazırlanması;
Profit&Loss, Balance sheet, Cash flow hesabatlarının hazırlanması;
Forecast hesabatlarının hazırlanması;
Maya dəyərinin analizi və kənarlaşmaların müəyyən edilməsi;
Satış məbləği ilə maya dəyərini müqayisə edərək hər bir məhsul üzrə aylıq hesabatları çıxarmaq;
Satış planı ilə faktiki satışları müqaisə etmək, uyğunsuzluqların səbəblərini araşdırmaq və rəhbərliyə hesabat təqdim etmək;
Məhsulların maya dəyərlərinin düzgün formalaşmasına nəzarət etmək;
Büdcələrin hazırlanması və təsdiq edilən büdcələrin izlənilməsi;
Xərclərin аnаlizi və хərclərin аzаldılmаsı yоllаrını аrаmаq;
Debitor və kreditor hesabatlarını hazırlamaq;
Kreditor borcların təhlili, ödəmələrin xarakterini, məbləğini və müddətini aydınlaşdırmaq və sistemləşdirmək;
Tələb olunan bütün idarəetmə hesabatlarının operativ hazırlanması;
Həyata keçirilən bütün maliyyə-təsərrüfat əməliyyatlarının mühasibat uçotunda düzgün əks etdirilməsini, mühasibat-maliyyə hesabatlarının müəyyən edilmiş müddətdə tərtib və təqdim edilməsini təşkil və nəzarət etmək;
Cari Xərclərin yoxlanılması və təsdiq olunması;
Maliyyə hesabatlarının analizi və maliyyə əmsallarının hesablanması;
Həvalə olunmuş biznes vahidlərinin maliyyə fəaliyyətlərinə nəzarət etmək;
Maliyyə hesabatlarının hazırlanmasında iştirak edilməsi;
Tələblər:
İqtisadiyyat və ya maliyyə sahəsi üzrə ali təhsil;
Müvafiq sahədə minimum 3 il təcrübə;
Beynəlxalq maliyyə standartlarını bilmək (İFRS, ACCA, F3, F7);
Müstəqil işləməyi bacarmaq və eyni zamanda komandanın bir hissəsi olmaq;
Mаliyyə şərаitini аnаliz еtməк qаbiliyyəti, prоblеmləri həll еtmək bаcаrığı;
Yüksək səviyyəli analitik bacarıqlar və strateji məlumatlılıq;
Rus diliyi bilən namizədlərə üstünlük veriləcək.
Əlavə məlumat:
İş saatı: 5 günlük iş qrafiki ilə təyin olunur.
Nahar və nəqliyyat servisi şirkət tərəfindən təmin edilir.
Yuxarıda qeyd olunan tələblərə uyğun namizədlər növbəti [email protected] elektron ünvana CV göndərə bilərlər
Vakansiyalar
- 2 ay, 2 həftə, 6 gün, 10 saat, 58 dəq
- 3 ay, 2 həftə, 6 gün, 12 saat, 51 dəq
- 6 ay, 3 həftə, 4 gün, 7 saat, 36 dəq
-
7 ay, 6 gün, 3 saat, 7 dəq
PAŞA Bank “Techo” layihəsi ilə İT sahəsinin ekspertlərini komandasına qoşulmağa çağırır
- 7 ay, 1 həftə, 3 gün, 11 saat, 5 dəq