Daşkəsən Dəmir Filiz MMC baş elektrik axtarır
İşəgötürən: Daşkəsən Dəmir Filiz MMC
Vakansiya: Baş elektrik
Son tarix: 06 iyul 2023
Vəzifə öhdəlikləri:
-Zavodun enerji paylayıcısını və fasiləsiz elektrik enerjisini təmin etmək;
-Enerjiyə qənaət edən təmir işlərinin vaxtında aparılması;
-Yarımstansiyada nasazlıqları aşkar etmək və tez müdaxilə ilə təmir etmək bacarığı;
-Elektrik dövriyyəsinin hesablanması;
-Elektrik-quraşdırma işlərinin tikintisinin “Tikinti Norma və Qaydaları”na uyğun təşkili və nəzarəti;
-Zavodda olan elektrik avadanlıqlarının texniki təhlükəsizlik qaydalarına uyğun istismarını təmin etmək.
-Avtomatlaşdırma panellərinin layihələndirilməsi, quraşdırılması və saxlanması bacarığı;
-Yüksək gərginlikli güc transformatorları haqqında nəzəri və praktik biliklərinin olması;
-Paylayıcı qurğuların ayrı-ayrı elementlərinin funksiyaları (açar, ayırıcı, ölçü transformatorları, rele mühafizə və s.) haqqında ümumi məlumatların olması;
-İdarə yarımstansiyalarında, transformator elektrik yarımstansiyalarında nəzarət-ölçü cihazları və ölçü transformatorlarının dəyişilməsini təmin etmək;
-Elektrik avadanlıqlarının cari və əsaslı təmir qrafikindəki işlərin nöqsansız yerinə yetirilməsini təşkil etmək;
Namizədə tələblər:
-Ali təhsil(uyğun ixtisas üzrə ali təhsil);
-Sahə üzrə minimum 5 illik iş təcrübəsi;
-Müvafiq qanunvericilik aktları və normalarını bilməli;
-Əla səviyyədə Azərbaycan dili biliyi;
-Planla və komandada işləmək bacarığı
-AutoCAD proqramı üzrə biliklər;
-MS Office üzrə biliklər;
Digər məlumatlar:
İş yeri: Daşkəsən rayonu, Dəmir filizi sahəsi
Göstərilən tələblərə cavab verən namizədlərdən öz CV-lərini mövzu hissəsində “Baş elektrik” qeyd etməklə və minimum əmək haqqı tələbini göstərməklə [email protected] elekton poçt ünvanına göndərmələri xahiş olunur.
*Yalnız ilkin seçim tələblərinə cavab verən namizədlərlə əlaqə saxlanılacaqdır.
Vakansiyalar
- 2 ay, 1 həftə, 1 gün, 5 saat, 59 dəq
- 3 ay, 6 gün, 7 saat, 52 dəq
- 6 ay, 1 həftə, 4 gün, 2 saat, 37 dəq
-
6 ay, 3 həftə, 1 gün, 22 saat, 8 dəq
PAŞA Bank “Techo” layihəsi ilə İT sahəsinin ekspertlərini komandasına qoşulmağa çağırır
- 6 ay, 3 həftə, 6 gün, 6 saat, 6 dəq