Avtomobillər üzrə elektrik tələb olunur
İş elanını dərc edən: SKAZ AutoHouse LLC Vakansiya: Avtomobillər üzrə elektrik Son tarix: 08 mart 2023 Namizədə tələblər: - Orta ixtisas təhsil - Müvafiq sahə üzrə ən azı 3 il iş təcrübəsi olmalı - Dinamiklik, ünsiyyət bacarığı və dəqiqlik olmalı Vəzifələr: - Diaqnostika aparatından istifadə etməklə nasaz avtomobillərə düzgün diaqnozun qoyulması, - Problemlərin simptomunu, baş vermə şəraitini və vaxtını, təkrarlanma hallarını aydınlaşdırmaq üçün diaqnostik proseduralardan istifadə etməli - Aqreqat və cihazların, elektrik işıqlandırma hissələrinin sökülməsi, təmiri və yığılması. - Elektrik sxemləri üzrə cihazların və hissələrin yoxlanışı və təmiri - Elektrik naqillərinin və kabellərinin izolyasiyası, çəkilməsi və birləşdirilməsi. - Soyutma və isitmə sisteminin təmiri və avadanlığın qazla təmin olunması. - Avtomobildə profilaktik təmirləri və yoxlanışları həyata keçrimək. - Lazımi alətlər barədə məlumat verməli və alətləri yaxşı vəziyyətdə saxlamalı. - Təhlükəsizlik qaydaları və təhlükəli tullantılar barədə xəbərdar olmalı və müvafiq göstərişləri yerinə yetirməli. - Texniki bülletinlərlə, treyninq və kompaniyalarda iştirak etməklə daima təcrübəsini artırmalı. Yuxarıda qeyd olunan tələblərə uyğun namizədlər mövzü yerində “Elektrik” qeyd edərək CV formasını [email protected] elektron ünvanına göndərməklə müraciət edə bilərlər. "SKAZ AutoHouse" şirkəti Skoda avtomobillərinin satışı ilə məşğul olur.
Vakansiyalar
- 2 ay, 1 həftə, 5 gün, 21 saat, 11 dəq
- 3 ay, 1 həftə, 5 gün, 23 saat, 4 dəq
- 6 ay, 2 həftə, 3 gün, 17 saat, 49 dəq
-
6 ay, 4 həftə, 1 gün, 13 saat, 20 dəq
PAŞA Bank “Techo” layihəsi ilə İT sahəsinin ekspertlərini komandasına qoşulmağa çağırır
- 7 ay, 2 gün, 21 saat, 18 dəq