eManat IT biznes analitik axtarır
İşəgötürən: eManat
Vakansiya: IT Biznes Analitik
Son tarix: 04 noyabr 2022
Təhsil və dil bilikləri:
-Ali təhsil
-Dil bilikləri :
-İngilis dili – Intermediate
-Rus dili – B1
Namizəddən gözlənilən bacarıqlar:
-Müxtəlif maraqlı tərəflərdən tələblərin toplanılması və təhlili, analiz və texniki sənədlərin hazırlanması
-Sənədlətin hazırlanma müddətinə görə məsuliyyət daşımaq
-Ödəniş sistemlərində inteqrasiyaların icrasını təmin etmək və iştirak etmək
-Dəyişiklik təkliflərini qiymətləndirmək və təşkilatın hədəflərinə çatmasına kömək etmək üçün həll yollarını müəyyənləşdirmək
-Ehtiyacları tapmaq, həll yolunu təşkil etmək, aydınlaşdırmaq və dəyişiklik üçün spesifikasiyaları nəzərdən keçirmək
-Proqramlaşdırma, sistem analitik və Biznesin İnkişafı qrupu ilə işləyərək müştəri tələbləri başa düşmələrini təmin etmək
-Potensial müştərilərlə görüşlərin keçirilməsi, xidmətin ödəniş sistemlərinə texniki olaraq inteqrasiyasının təhlili və xidmətlərin daha effektiv olması üçün təkliflərin verilməsi
-Aidiyyatı struktur vahidləri ilə birgə ödəniş sistemlərində xidmətlərin funksionallığını yoxlamasında və baş verən nasazlıqlarda həll yollarının tapılmasında iştirak etmək
-Şirkətin fəaliyyətini nəzərə almaqla müxtəlif istiqamətlərdə təhlillərin aparılması və həllərin təklif edilməsi
-SDLC – Proqram təminatının həyat dövrü sahəsində baza biliklərinin olması
-Ödəniş sistemlərində yer alan xidmətlər üçün nəzərdə tutulan əlavə və dəyişikliklərin layihə çərçivəsində icra olunmasına dəstək göstərmək
-Müxtəlif təşkilatlar tərəfindən təqdim olunmş ödəniş Web Servislərin işinin düzgünlüyünü yoxlamaq
-Şirkətin portfoliosunda yer alan daxili layihələrin reallaşdırılmasında tələblərin toplanması və tərtib edilməsi
-QA Testinq üçün anlaşıqlı və icra edilə bilən (actionable) test keyslərin hazırlanmasında iştirak etmək
-QA Testinqin nəticələrinin yoxlanması və müvafiq rəyin bildirilmək
İş təcrübəsi:
-Müvafiq sahədə (Ödəniş sistemləri, PT inteqrasiyalar) ən azı 1 il iş təcrübəsi
-Task menecement (Git, Redmine, Jira, və s.) üzrə iş təcrübəsinin olması
-Proqram təminatının reallaşması üzrə layihələrdə (AGILE Software, UML və BPMN) iş təcrübəsinin olması
-Web Servislərlə (GET, POST, SOAP, REST, Swagger, Postman və s.) təcrübə və biliklərin olması
-Məlumat mübadiləsi (Excel, Visio, PowerPoint, JSON, XML, və s.) üçün təcrübə və biliklərin olması
-Məntiqi-Riyazi düşüncə, müsahibə və sorğulama, analitik və sistematik düşüncə
-Proqramlaşdırma alqoritmini və texnologiyaları haqqında bilik və təcrübəsinin olmasına üstünlük verilir.
Şəxsi keyfiyyyətləri:
-Komanda şəklində işləmə bacarığı
-Məsuliyyətli, təşəbbüskar və işgüzar
-Korporativ ünsiyyət bacarıqları.
İş şəraiti:
-Ofis daxili;
-İş rejimi həftənin 5 günü (09:00 – 18:00);
-Təşəbbüskar təkliflərin dəyərləndirilməsi;
-Əmək haqqının 15 gündən bir ödənilməsi;
-Tibbi sığorta təminatının verilməsi;
-Nahar yeməyinin təmin olunması;
-“Birlikdə istirahət” tədbirlərinin keçirilməsi;
Maraqlananlardan xahiş olunur, öz CV-lərinizi [email protected] email ünvanına göndərəsiniz. Yalnız qeyd edilən tələblərə cavab verən namizədlərin CV-lərinə baxılacaqdır. Göndərilən CV-lərdə mövzu adı yerində “IT Biznes Analitik” yazılmalıdır.
Vakansiyalar
- 2 ay, 1 həftə, 5 gün, 9 saat, 30 dəq
- 3 ay, 1 həftə, 5 gün, 11 saat, 23 dəq
- 6 ay, 2 həftə, 3 gün, 6 saat, 8 dəq
-
6 ay, 4 həftə, 1 gün, 1 saat, 39 dəq
PAŞA Bank “Techo” layihəsi ilə İT sahəsinin ekspertlərini komandasına qoşulmağa çağırır
- 7 ay, 2 gün, 9 saat, 37 dəq