Mebel firmasına dizayner axtarılır
“Saloğlu” Fərdi Firması “Dizayner” vakansiyasını elan edir!
Əmək haqqı 800-1200
Namizədə dair tələblər:
– Təhsil: Ali
– Kompüter bilikləri: Autocad, 3Ds Max, V-Ray (Sketcup, Blender və s. kimi başqa 3d proqramları arzuolunandır), Photoshop və s.;
– Solidworks proqramlarını əla səviyyədə bilməli ,digər kömpüter bilikləri əlavə üstünlük hesab olunur;
– Dil bilikləri: Azərbaycan dili; digər dil bilikləri əlavə üstünlük hesab olunur;
– İş təcrübəsi: Mebel və ya tikinti istehsalı sahəsində 2-3 ildən az olmayaraq iş stajı;
– Analitik düşüncə qabiliyyəti;
– Punktual və ünsiyyətcil olması;
– Stressə davamlılıq, komanda şəklində çalışma bacarığı və təşəbbüskarlıq;
– Yeniliklərə açıq və məsuliyyətli olmalı.
Vəzifə öhdəlikləri:
– Satışda olan mebellərin (yumşaq və panel) 3D modellənməsi, interyer üzərində render alınması;
– Mebel istehsalı üçün eskiz layihələrin Autocad proqramında hazırlanması;
-Ölçülərin düzgün qeyd edilməsi və mebel ustasına eskiz layihənin təqdim edilməsi;
– Müştəri tərəfindən seçilən model və nümunələrə əsasən eskiz layihələrin 3d görüntüsünün tərtib edilməsi;
– Müştəri ilə bağlanan müqavilənin ilk günündən işin təhvil verilməsi prosesinə qədər icraya nəzarətin edilməsi.
Bilik və bacarıqlar:
– Müasir üslub istiqamətlərini bilməsi;
– Mebel istehsalının texniki tələblərini və normativlərini bilməsi;
– Yumşaq mebel modelləməyi bacarmalı;
– Konstruksiya ilə işləmə qabiliyyəti;
– Optimal dizayn qərarlarını vermə qabiliyyəti;
– Müştəri ilə işləmə qabiliyyəti.
Göstərilən tələblərə cavab verən namizədlər CV-lərini mövzu (subject) hissəsinə “Dizayner” adını qeyd edərək [email protected] elektron ünvanına göndərmələri xahiş olunur.
Vakansiyalar
- 2 ay, 1 həftə, 5 gün, 2 saat, 2 dəq
- 3 ay, 1 həftə, 5 gün, 3 saat, 55 dəq
- 6 ay, 2 həftə, 2 gün, 22 saat, 40 dəq
-
6 ay, 4 həftə, 18 saat, 11 dəq
PAŞA Bank “Techo” layihəsi ilə İT sahəsinin ekspertlərini komandasına qoşulmağa çağırır
- 7 ay, 2 gün, 2 saat, 9 dəq