Vakansiya: Qrafik dizayner tələb olunur
İşəgötürən: AR Dövlət Turizm Agentliyinin Qoruqları İdarəetmə Mərkəzi
Vakansiya: Qrafik dizayner
Son tarix: 03 noyabr 2022
İş saatları : 09:00-18:00
İş yeri : Bakı şəhəri, Nəsimi rayon.
Əmək funksiyaları:
-Mərkəzə aid olan layihələrin icrası zamanı lazımi qrafik eskizləri tərtib etmək və rəhbərliklə müzakirə etdikdən sonra müvafiq dəyişiklikləri tətbiq etmək.
-Korporativ üsul və brenddən istifadə qaydalarına uyğun olaraq Mərkəzin ümumi dizayn materiallarının hazırlanması və təhvil verilməsinə görə cavabdehlik daşımaq.
-Marketinq fəaliyyətinin brendinqə dair əlaqə məqsədləri və standartlarına uyğun olmasını təmin etmək.
-Verilmiş təlimatlar və informasiya əsasında dizayn işlərinin zamanında və yüksək keyfiyyətlə həyata keçirilməsi təmin etmək.
-Tərtibat prinsipləri və estetik dizayn konsepsiyaları əsasında dizayn, konsepsiya və nümunə tərtibatlarını yaratmaq.
-Aparılan işlər üzrə şöbə müdirinə və marketinq məsələləri üzrə mütəxəssisə təqdim olunması üçün hesabatlar hazırlamaq.
-Mərkəzin turizm məhsullarının şəkilləri, loqotipləri və internet səhifələri üçün qrafika, foto şəkilləri və tərtibatları yaratmaq.
-İdarə Heyəti sədrinin və şöbə müdirinin göstərişi ilə səlahiyyətlərinə bilavasitə aid olan digər vəzifələri yerinə yetirmək.
Bilməlidir:
-Əmək funksiyalarının icrasını təmin etmək məqsədi ilə İdarə Heyətinin sədri tərəfindən verilən şifahi, yazılı göstərişlərin və qurumdaxili mövcud qaydaların icrasını təmin etmək.
-Mərkəzə dair bilgilərin məxfiliyini qorumaq.
-Cavabdeh olduğu iş sahələri üzrə müvafiq hesabatları hazırlamaq və işlərin yüksək keyfiyyətlə icrasında məsuliyyət daşımaq.
-Əmək qanunvericiliyi ilə tələb olunan əlavə funksiyaları yerinə yetirmək.
Vəzifə tələbləri:
-Ali təhsil.
-İş təcrübəsi: 3 ildən az olmayaraq.
-Kompüter bilikləri: Ms Windows sistemi, Microsoft office proqramları, İnternet brauzer proqramları və s. (yüksək səviyyədə). Adobe PhotoShop, Adobе-İllustrator, Adobе InDesign, CorelDraw kimi qrafik proqramlarda işləmə bacarığı (yüksək səviyyədə).
-Dil bilikləri: rus dili (orta səviyyədə), ingilis dili (orta səviyyədə)
CVləri “qrafik dizayner” mövzu başlığı ilə göndərsinlər. Yalnız birinci mərhələdən keçmiş namizədlərlə əlaqə saxlanılacaq.
CV-nin göndərilməsi üçün e-mail: [email protected]
Vakansiyalar
-
14 saat, 55 dəq
Pixbet apostas esportivas Brasil – recursos para apostas no celular
-
15 saat, 23 dəq
Onabet casa de apostas Brasil – futebol, basquete e outros esportes
- 15 saat, 23 dəq
-
15 saat, 23 dəq
Novibet apostas esportivas Brasil – futebol, mercados e apostas ao vivo
-
15 saat, 30 dəq
BullsBet Brasil – visão geral do cassino e das apostas esportivas